Yuxarı

Fuad Nəcəfli Əshabi-Kəhf dağından "yıxıldı"...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fuad Nəcəfli Əshabi-Kəhf dağından "yıxıldı"...

Naxçıvan Televiziyasının sabiq sədri Sahil Tahirli Prezidentin Muxtar Respublikadakı xüsusi nümayəndəsi Fuad Nəcəflinin işdən çıxarılmasına münasibət bildirib.

Axar.az Modern.az-a istinadən jurnalistin yazısını təqdim edir:

“Cənab Prezidentimizin bu gün Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilməsi ilə bağlı sərəncamı yerində və vaxtında verilmiş bir qərar kimi təqdirəlayiq və gözlənilən idi.

İlk növbədə ona görə ki, səlahiyyətli nümayəndə ilk ayarda müəyyən qədər səmərəli işləsə də, ötən 2 il ərzində ona göstərilən böyük etimadı doğrultmadı (baxmayaraq ki, ona həm rəhbərlik, həm də naxçıvanlılar tərəfindən inam və dəstək kifayət qədər idi), verilən tapşırıqları vaxtında yerinə yetirmədi, Naxçıvanın inkişafı ilə bağlı Dövlət Proqramlarını icra edə bilmədi, Naxçıvan kimi starateji əhəmiyyətli bölgənin inkişafını ləngitdi, beləliklə, işsizlik və kütləvi köçə yol açdı! Baxmayaraq ki, həm Ümummilli lider Heydər Əliyev, həm də Prezident İlham Əliyev muxtar respublikanın inkişafına və çiçəklənməsinə, möhkəmlənməsinə həmişə yüksək diqqət və qayğı göstəriblər...

Beləliklə, Nəcəflinin 3 illik fəaliyyəti və ya fəaliyyətsizliyi ilə bağlı hadisələrin içində olan biri kimi dəqiq deyə bilərəm:

1. İş görmək əvəzinə şəkil çəkdirdi, daim özünüreklamla məşğul oldu;

2. Sosial-iqtisadi nəticəyə gedə bilmədi, şişirdilmiş statistik rəqəmlərlə oynadı;

3. Üst orqan və rəhbərliyi yalan məruzə və məlumatlarla aldatmağa çalışdı (buna nail ola bilmədi);

4. Öz məsuliyyətini, işlərin zəif gedişini nazir və komitə sədrlərinin adına yazıb onları gözdən salaraq özü həmişə məsuliyyətdən yayındı;

5. İllərdir Naxçıvanda dövlətin yetişdirdiyi peşəkar yerli kadrlar öncə vəzifədən, sonra Naxçıvandan uzaqlaşdırdı, beləcə Gənclər-idman, Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal inkişaf və nəqliyyat nazirlikləri, Culfa icra hakimiyyəti, Naxçıvan dövlət televiziyası və digər mühüm qurumlar başsız buraxıldı. Bakıdan dəvət edilən bir çox qurum rəhbəri də eyni aqibəti yaşadı, bir il tamam olmamış şərlənib və ya təhqirlərə dözməyib vəzifələrindən uzaqlaşdırıldılar (bərbad kadr islahatları);

6. Kiçik və orta sahibkarlığın qarşısını öz maddi maraqları naminə aldı;

7. İdarəetmədə xaotik mühit yaradaraq dövləti insanların gözündən saldı;

8. Təmsil etdiyi orqanın güclənməsi və nüfuzunun artmasına çalışmadı;

9. Xüsusən, ən mühüm strateji sahələrin inkişafını blokladı;

10. Şəxsi nümunə göstərə bilmədi, əyyaşlıqdan, boş və mənasız iclaslar keçirməkdən başı ayırd olmadı.

Naxçıvanda dövlətin media siyasətini də böyrü üstə qoydu. Bu, ayrıca yazının mövzusu olduğundan, geniş danışmayacağam. Qısaca, onu deyə bilərəm ki, medianı şəxsi maraqları üçün istifadə etməyə çalşıdığından və lazımsız tapşırıqlar verdiyindən Naxçıvan televiziyası ilə 5 ay əvvəl yollarımı ayırdım. Ərizəmdə də konkret göstərmişdim: “xahiş edirəm, yaradıcılıq fəaliyyətimə yaradılan süni maneə və problemlərə görə məni tutduğum vəzifədən azad edəsiniz”...

Və Əshabi-Kəhf ziyarətgahında jurnalist həmkarlarımızın içində mənə dediyi sözü də heç vaxt unutmayacağam: “Mən adamı belə cəzalandırıram”. Bəli, Fuad müəllim, belə… Cəzalandırmaq Allaha məxsusdur, sənin kimisinə yox!!! Əshabi-Kəhf dağından mən yox, sən yıxıldın. Mən yenə yazı-pozumla məşğulam!

Ceyhun Cəlilovu təbrik edirəm. Televiziyada işləyəndə dəfələrə görüşmüşəm. Baş nazir kimi həm mediaya, həm də digər sahələrin inkşafına dəstəyini, məsələlərə kreativ yanaşmasını, dövlətə bağlılığını, bilik və təcrübəsini görmüşəm. Naxçıvanı layiq olduğu yerə gətirəcəyinə, Hörmətli Prezidentimizin etimadının doğruldacağına inanıram!"

Tarix
2025.11.12 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin tapşırığı: İrana humanitar yardım yola salınır - Foto

Prezidentdən İran açıqlaması: Yanında olmağa davam edəcəyik

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla