Yuxarı

Doğuma görə verilən müavinətlərin məbləği artırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Doğuma görə verilən müavinətlərin məbləği artırılır

2026-cı ildə Azərbaycanda hamiləlik və doğuma görə verilən müavinətlərin ümumi məbləği 71 milyon manat olacaq.

Axar.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu göstərici 2025-ci illə müqayisədə 9,2% çoxdur.

Gələn il üzrə orta müavinət məbləğinin 3 676 manata qədər artacağı, müavinət alanların sayının isə 19 310 nəfər təşkil edəcəyi gözlənilir.

Artımın əsas səbəbi kimi minimum maaş və sosial təminat məbləğlərinin yüksəlməsi, eləcə də işçi qadınların sosial sığorta haqları üzrə ödənişlərinin artması göstərilir.

Hesablama Palatası vurğulayıb ki, bu artım ailələrin sosial müdafiəsinin gücləndirilməsinə və uşaq doğumu ilə bağlı sosial ödənişlərin adekvatlığının artırılmasına xidmət edir.

Tarix
2025.11.12 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ərazi bütövlüyümüz belə bərpa olunmalıdır - Paşinyan

Mehdiyev işində mühüm detal: Yeni şübhəlilər var...

Azərbaycan, Gürcüstan və Türkiyə araşdırma qrupu yaratdı

Bəzi məmurlar ciblərini güdür

Prezidentdən başçılara: Sizdən tələbim budur, əks təqdirdə...

Mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək!

Prezident yeni nümayəndəsini və başçıları qəbul etdi

Təyyarə qəzası: həlak olan hərbçilərdən 19-nun nəşi tapıldı

Prezident Lü Cünü qəbul etdi

Azərbaycanın bu silahı İranı qorxutdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla