Yuxarı

Murad Quliyev də Baş Prokurorluğa çağırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Murad Quliyev də Baş Prokurorluğa çağırıldı

Murad Quliyev Baş Prokurorluğa çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.

Məlumata görə, Murad Qüdrət oğlu Quliyevə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə gəlməsi barədə rəsmi bildiriş göndərilib.

Bildirilib ki, o, bu il noyabrın 24-də 10:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

Murad Quliyev barəsində Cinayət Məcəlləsinin 281.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 15 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 12-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Murad Quliyev barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, 23 sentyabr 2019-cu ildə Feysbuk platformasında “Murad Quliyev” adlı səhifəsində və 24 dekabr 2023-cü ildə Yutub platforasında “RaffNaff” adlı kanalda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar yayıb.

Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib.

Bildirilib ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.

Tarix
2025.11.15 / 14:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mirziyayevlə görüşdü - Foto

İlham Əliyevin Özbəkistana səfərindən - Video

Hikmət Hacıyev Türkmənistan səfiri ilə görüşdü

Özbəkistan qardaş ölkə və etibarlı müttəfiqdir

İlham Əliyev Özbəkistanda səfərdədir - Foto

Səfirliyimizin atəşə tutulmasına Rumıniyadan reaksiya

Azərbaycan XİN Fələstini təbrik etdi

Nikolun planı: Dəhlizdən əvvəl kəmər və xətt çəkmək istəyir

Ukraynada dəhşət: Pullar Rusiyaya daşınıb...

İlham Əliyev Fələstin prezidentinə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla