Yuxarı

Onlar haqqında danışanda Leyla xanım ağladı... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar haqqında danışanda Leyla xanım ağladı... - Video

Əli və İslam Əhmədov qardaşları 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıblar.

Axar.az Baku TV-yə istinadən xəbər verir ki, Mingəçevirdən olan qardaşlar Tərtər-Ağdərə, Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olublar. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 13-də Mingəçevirə səfəri zamanı şəhid qardaşların anası Sevinc Əhmədova ilə görüşüb.

"O, Mingəçevirə gələndə Əli və İslamın ev muzeyini ziyarət etdi. Mən onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı. Dərdimi öz dərdi kimi qəbul etdi. Ən çox övladlarımın döyüş yollarından, harada şəhid olmalarından danışdıq", - şəhidlərin anası görüş barədə danışarkən deyib.

Qeyd edək ki, Əli və İslam Əhmədov qardaşları Vətən müharibəsi zamanı eyni gündə şəhid olublar. Əli Əhmədov 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları, İslam Əhmədov isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Daha ətraflı süjetdə:

Tarix
2025.11.15 / 15:57
Müəllif
Axar.az
Digər xəbərlər

Abbas Arakçı Bakıya yola düşdü

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla