Yuxarı

Ölkəmizdə nə baş verir: Dövlət bundan nə qazanır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizdə nə baş verir: Dövlət bundan nə qazanır?

Valideynlərindən birini itirən övlada dövlət pensiya ayırır, pensiya uşağın himayəsində yaşadığı valideyninin adına olur, məbləğin köçürüldüyü kart da. Yəni uşağa görə pensiya valideynə verilir, uşağın özünə yox.

- Əvvəl 18 yaşı tamam olanda uşağın ali məktəbə qəbul olması haqda bir dəfə arayış təqdim edirdin, bitirdi, 23 yaşa qədər pensiya davam edirdi. Bir neçə il öncə qərar qəbul olundu ki, arayış hər il verilməlidir - birdən uşaq oxumağı buraxıb-edər, dövlət əlavə ödəniş etməsin. İndi hər il iyunda pensiya kəsilir, 3 aydan sonra təhsil ili başlayanda yeni arayışı verirsən, ödəniş bərpa olunur - dayandırılmış vəsaitlər də verilir, ancaq aybaay: məsələn, 3 aydan sonra pensiya bərpa edilirsə, növbəti 3 ay ərzində ödənişlər ikiqat olur və 3 aya 6 ayın vəsaiti ödənilir.

Nəticədə büdcə bundan nə qazanır, bilmirəm!

- Türkiyədə təhsil alanlar arayışı Türkiyə səfirliyinin Təhsil Müşavirliyindən alırdılar. Müşavirlik ali məktəbin sisteminə daxil olur, ordan onlayn təsdiqlənmiş arayışı çıxarır, tərcümə edib, təsdiqləyib verirdi (rüsum 3 manat).

Ötən il bu sadə sistem ləğv edildi. İndi arayış universitetin özünün möhürü ilə verilməlidir, həm də orijinal olmalıdır, əlbəəl, əlbəttə ki, sistem təsdiqi (QR) də öz yerində. Sistemdə QR ilə görünürsə, "orijinal arayış" nəyə lazımdır?

Nəticədə sənədləşmə və deməli, pensiya aylarla ləngiyir.

Dövlətimiz bundan nə qazanır, bilmirəm.

- Bu ildən isə yeni qayda tətbiq edildi: arayışları uşaq özü təqdim etməlidir - baxmayaraq ki, pensiya qəyyumun adınadır, yəni pensiya uşağa görə qəyyuma (ataya və ya anaya) verilir, uşağın özünə deyil. Xaricdə təhsil alırsa, onun gəlməsi, arayışla məşğul olması bir az çətindir. Onlayn etibarnamə verə bilər - amma xaricdə olduğu üçün 20 dollar da əlavə ödəniş etmək şərti ilə. Yəni bir etibarnaməni onlayn vermək üçün 51,5 manat ödəməlidir.

Xaricdə təhsil alan tələbə və onun ailəsinə əlavə maddi yükləmələr nəyə lazımdır və dövlətimiz bundan nə qazanır - yenə bilmirəm.

Valideynlərindən birini itirmiş uşağa maddi dəstək verdiyinə görə dövlətimizə min təşəkkür - baxmayaraq ki, o vəsait simvolikdir, amma hər bir halda qayğıdır, diqqətdir, ən azı, dövlətin vətəndaşını düşünməsidir, təbii ki, öz gücü daxilində. Yəni ən bahalı xarici universitetdə təhsil almağı seçən istənilən vətəndaşının bütün xərclərini ödəyən neft ölkələri də var, doğulanda adına hesab açanlar da və s. Kimin nəyə gücü çatırsa.

Ancaq başa düşmürəm, ildən-ilə bu pensiya bərpasında niyə yeni qaydalar tətbiq edilir və niyə bu yeni qaydalar həmişə vətəndaşın əleyhinə olur?

Yeri gəlmişkən, DOST xidmətindən bildirildi ki, NK-nın 18 yaşı tamam olmuş uşağın pensiyanın bərpası üçün özünün müraciət etməli olduğu və yaxud etibarnamə verməsi gərəkdiyi ilə bağlı tələbi 2020-ci ildən varmış, sadəcə, güzəşt tətbiq edilibmiş, ancaq bu ilin sentyabrından bu güzəşt ləğv edilib.

Maraqlıdır, niyə bu qərar verilibmiş və niyə güzəşt tətbiq edilibmiş? Güzəşt niyə ləğv edilməlidir ki?

Ümumiyyətlə, son illər ölkəmizdə nə baş verir ki, bütün qərarlar vətəndaşı mümkün qədər daha çox, yumşaq desək, məmnun etməməyə hesablanır?

Tarix
2025.11.28 / 16:23
Müəllif
Anar Niftəliyev
Digər xəbərlər

İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini

Prezidentdən bu nazirlə bağlı sərəncam

Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla