Yuxarı

Notariuslar ləğv edilir? – Ekspert rəyi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Notariuslar ləğv edilir? – Ekspert rəyi

"Hər sənədə notarial təsdiq tələb olunmamalıdır".

Bu sözləri "Axar.az"ın notariat kontorlarının ləğv edilməsi ilə bağlı sualına cavab verən iqtisadçı Azər Qasımlı bildirdi. Onun sözlərinə görə, notarial kontorlar olduğu kimi saxlanılmalıdır, amma bu sahədəki qanunvericilikdə müəyyən dəyişiklik olmalıdır: "Hesab edirəm ki, notariuslar ləğv edilməməlidir, amma hər sənədə notarial təsdiq tələb olunmasına düzgün baxmıram. Digər bir məsələ isə onlayn notarial xidmətlərin olması ilə bağlıdır. Məncə, tezliklə vətəndaşlara onlayn notarial xidmətlər göstərilməlidir. Doğrudur, Xorvatiya və başqa bu kimi dövlətlərdə notariat kontorları ləğv edilib, amma bu bizim ölkəmizdə mümkün deyil".

Bu, bələdiyyənin büdcəsinə də təsir edəcək

Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin sədri Elçin Abdullayev notarial kontorların statuslarının "Asan xidmət"ə verilməsinin də mümkün olduğunu hesab edir: "Məncə, bu funksiyaları bu və ya hansısa başqa formada "Asan xidmət"ə də vermək olar. Hazırda notarial kontorlar köhnə metodlarla işləyir və cəmiyyətdə onların fəaliyyətinə birmənalı münasibət yoxdur. Elektron xidmətlərin olmaması isə insanların ən sadə bir sənədin təsdiq edilməsi üçün saatlarla gözləməsinə səbəb olur. Bu xidmətin bələdiyyələrə verilməsi həmin bələdiyyənin büdcəsinə də təsir edə bilər. Həmçinin vətəndaşa da xeyirli ola bilər. Vətəndaş daha müəyyən xərc, məsafə və vaxt sərf edib rayon mərkəzinə getməyəcək. Çəkəcəyi xərc cibində qalacaq. Digər tərəfdən bunu kifayət qədər notariat kontorlarının olmaması ilə əlaqələndirmək olar. Bu hal xüsusən də regionlarda özünü daha tez büruzə verir. Təəssüf ki, biz bu gün bələdiyyəni "torpaq satan" qurum kimi nəzərdə tuturuq. Yaxşı olardı ki, gələcəkdə nəinki notarial kontorların, hətta icra strukturlarının səlahiyyətləri yerli özünüidarə orqanlarına verilsin".

Bələdiyyələr kadr baxımından buna hazır deyil

Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli isə bələdiyyələrin bu funksiyanı yerinə yetirmək üçün hələ hazır olmadığını bildirdi: "Yerli icra strukturlarının ixtiyarları var bəzi işləri görməyə. Amma hesab edirəm ki, bələdiyyələrə bu statusun verilməsi hələ tezdir. Azərbaycanda bələdiyyə institutu tam formalaşmayıb və onların həmin əməliyyatları yerinə yetirməsi həm faktiki, həm də kadr baxımından mümkün deyil".

Xatırladaq ki, Xorvatiya və başqa bir neçə Avropa ölkələrində notarial təsdiq əməliyyatlarını bələdiyyələr reallaşdırır. Ölkəmizdə olan bir çox QHT-lər isə məhz bu məntiqdən çıxış edərək mətbuatda bir neçə dəfə notariat kontorlarının ləğv edilməsi və onların statuslarının bələdiyyələrə verilməsi təklif edilib.

Tarix
2014.03.01 / 17:38
Müəllif
Tural İbadov
Digər xəbərlər

Prezidentdən Sülh Sammiti ilə bağlı paylaşım - Video

Britaniya Azərbaycana bu qadağanı ləğv etdi - Mühüm

Bakı, Moskva və Tehran bəyanat yaydı

Zəngəzurda müharibə üçün hərəkətə keçdilər - Akopyan

Bakı Moskvadan hansı addımları gözləyir? - Ekspert

Əliyevlə Paşinyanın 2 ayda 4-cü görüşü... - Ekspert

Şad xəbər: faizsiz kreditlər veriləcək - Yeni sistem

İlham Əliyevdən Sülh Sammiti ilə bağlı paylaşım - Foto

Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak etdi - Video

Pakistan prezidenti Sahibə Qafarovanı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla