
Xocalının bu kəndlərinə növbəti köç yola salındı
12:30
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
09:22
Kürdəmirdə ailə münaqişəsi nəticəsində kişi həyat yoldaşını bıçaqlayıb.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb.
Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində kənd sakini Nizami Hüseynov həyat yoldaşı Sara Hüseynovaya 10 bıçaq xəsarəti yetirib.
Ağır bədən xəsarətləri alan yaralı dərhal ətrafdakı insanların köməyilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata alınıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
***
Kürdəmir rayonunda həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən Nizami Hüseynov saxlanılıb.
Bildirilib ki, Kürdəmirdə baş verən hadisə ilə bağlı rayon prokurorluğunda cinayət işi açılıb.
Tarix
2025.10.14 / 10:25
|
Müəllif
Axar.az
|