Yuxarı

Bu quruma icrası məcburi göstəriş verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu quruma icrası məcburi göstəriş verildi

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində su təchizatında Rəqabət Məcəlləsinin tələblərinin pozulması halları müəyyənləşdirildiyindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə birgə əməkdaşlıq çərçivəsində Regional Su Meliorasiya Xidmətinə uyğunsuzluğun aradan qaldırılması üçün icrası məcburi göstəriş verilib.

Axar.az xəbər verir ki, bu barədə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, qurum müxtəlif təbii inhisar fəaliyyət sahələri üzrə Rəqabət Məcəlləsinin tələblərinə əməl olunmasına nəzarət edir, bununla əlaqədar təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi, eləcə də müştərilərin və təbii inhisar subyektlərinin maraqlarının uzlaşdırılmasının təmin olunması istiqamətində tədbirləri həyata keçirir.

Bu çərçivədə Biləsuvar rayonu sakinlərinin müraciətləri əsasında aparılan araşdırmalar zamanı su təchizatı prosesinin daha effektiv və hüquqi tələblərə tam uyğun şəkildə təşkili üçün əlavə mexanizmlərin tətbiqinə ehtiyac olduğu müəyyən edilib. Araşdırmaların nəticəsi olaraq, Regional Su Meliorasiya Xidmətinin fəaliyyətinin Rəqabət Məcəlləsinə tam uyğunluğunun təmin edilməsi məqsədilə bir sıra təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi əsas tutularaq iş qaldırılıb.

İşə baxılma prosesində təbii inhisar subyekti olan Regional Su Meliorasiya Xidmətinin Biləsuvar rayonu ərazisində su təchizatı ilə bağlı həyata keçirdiyi müəyyən inzibati və texniki məsələlərin sahə üzrə qanunvericilik tələblərinə uyğun daha sistemli şəkildə icra olunmasının vacibliyi və uyğunsuzluğun nəticələrinin aradan qaldırılmasına ehtiyac olduğu müəyyən edilib.

Bu xüsusda Rəqabət Məcəlləsinin müvafiq müddəaları nəzərə alınmaqla, Dövlət Agentliyi Regional Su Meliorasiya Xidmətinə bütün ölkə ərazisində, o cümlədən Biləsuvar rayonunda su təchizatının qanunvericiliyə uyğun təşkili, suyun satışı ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tariflərin tətbiqi, istehlakçıların mənafeyinin qorunması və göstərilən xidmətlərin təsdiq olunmuş keyfiyyət normalarına uyğunlaşdırılması ilə bağlı icrası məcburi olan göstəriş verib.

Göstəriş çərçivəsində su təchizatının dayanıqlılığının artırılması, abonentlərlə işin daha şəffaf aparılması, müvafiq tariflərin düzgün tətbiqi, həmçinin texniki infrastrukturun mərhələli şəkildə təkmilləşdirilməsi nəzərdə tutulur. Agentlik və ADSEA bu istiqamətdə əməkdaşlığı davam etdirərək su təchizatının daha keyfiyyətli və qanunvericiliyə uyğun təşkil edilməsi üçün zəruri tədbirləri görməyə davam edəcək.

Tarix
2025.12.02 / 11:47
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxın Şərqdə münaqişə çox uzun çəkəcək, buna hazırlaşın!

Pakistanlı diplomat Azərbaycana təxliyə olundu - Foto

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Bakıda bu konfrans kiber hücuma məruz qaldı - Foto

Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat

Azərbaycan XİN Efiopiyaya başsağlığı verdi

Növbəti raket hücumu: Türkiyə İrana cavab verə bilərmi?

Bayramov Fidanla danışdı: Türkiyəyə raket hücumu...

Əli Əsədov türkiyəli nazirlə görüşdü

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla