Yuxarı

Əli Kərimli apellyasiyaya hazırlaşır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Kərimli apellyasiyaya hazırlaşır

Prezident Adminstrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin cinayət işi üzrə məsuliyyətə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin vəkilləri apellyasiya şikayəti verəcək.

Axar.az Yeni Sabah-a istinadən xəbər verir ki, bu sözləri AXCP sədrinin müavini Seymur Həzi müvafiq açıqlamasında deyib.

O bildirib ki, apellyasiya şikayətində Səbail Rayon Məhkəməsinin qərarının dəyişdirilməsini və həbs qətimkan tədbirinin ləğv olunması istəyəcəklər:

“Bu məsələdə lazımi bütün hüquqi prosedurlar həyata keçiriləcək. Əli bəylə bağlı məhkəmənin qərarı dünən verilib və biz apellyasiya şikayətini bu gün hazırlayıb təqdim edəcəyik. Apellyasiya müraciəti məhkəmə qərarının dəyişdirilməsi və həbs qətimkan tədbirinin ləğv olunması ilə bağlı olacaq”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunublar.

Tarix
2025.12.02 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla