Yuxarı

Bakıda mühüm konfrans başladı: Rəsmilər iştirak edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda mühüm konfrans başladı: Rəsmilər iştirak edir

Bakıda "Mədəniyyət və hüquq: müasir çağırışlar" adlı forum keçirilir.

Axar.az xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, nazir müavinləri, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, elm xadimləri, deputatlar, eləcə də digər qurumların nümayəndələri iştirak edirlər.

Forum Azərbaycanın hüquq və mədəniyyət sahələrində müasir çağırışlara diqqət yetirmək və bu sahələrdəki inkişafları müzakirə etmək məqsədi daşıyır.

Tədbir çərçivəsində "Mədəniyyət və hüquq", "Azərbaycan Respublikası Konstitusiyası və mədəniyyət dəyərlərimiz" və "Mədəniyyətin beynəlxalq münasibətlər sistemindəki yeri" mövzuları müzakirə ediləcək.

Forumda iştirak edən ekspertlər və dövlət qurumlarının nümayəndələri Azərbaycanın mədəni irsinin qorunması və inkişafı, o cümlədən mədəniyyətin hüquqi təminatının gücləndirilməsi ilə bağlı müzakirələr edəcəklər.

Forum Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Tarix
2025.12.10 / 10:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində...

Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var

Deputatdan pensiya və maaş artımı ilə bağlı açıqlama

YAP-ın VIII Qurultayı keçirildi, İlham Əliyev çıxış etdi

YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı - Yenilik

Fransada kütləvi iğtişaşlar: xalq nə tələb edir?

Ermənistanda saxlanılan əsgərə ikinci cinayət işi açıldı

Ermənistana keçən əsgərimiz... - İki versiya var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla