Yuxarı

Azərbaycan bu müsabiqədə özünə səs verə biləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bu müsabiqədə özünə səs verə biləcək

2025-ci il “Uşaq Avroviziyası” Mahnı Müsabiqəsinin onlayn səsverməsi dekabrın 13-də rəsmi olaraq start götürür. Bu müsabiqədə tamaşaçılar öz ölkəsinə də səs verə biləcək.

Axar.az xəbər verir ki, bununla yanaşı, bütün dünya ölkələrinin nümayəndələri heç bir məhdudiyyət olmadan səsverməyə qoşulacaqlar.

"Səsvermə tamamilə ödənişsizdir və bütün izləyicilər jesc.tv platforması üzərindən səs verə bilərlər. Qaydalara əsasən, hər bir tamaşaçı 3 ölkəyə səs verməlidir və bu seçimlərdən biri, şübhəsiz ki, Azərbaycan ola bilər.

Səsvermə iki mərhələdə həyata keçiriləcək:

Birinci mərhələ 12 dekabrdan 13 dekabra keçən gecə Bakı vaxtı ilə 00:00-dan başlayaraq 13 dekabr saat 19:59-dək davam edəcək.

İkinci mərhələ dekabrın 13-də canlı şoudakı son ifadan dərhal sonra başlayacaq və təxminən 15 dəqiqə aktiv olacaq.

Hər iki mərhələdə Azərbaycan nümayəndəsinə dəstək göstərmək mümkündür.

Azərbaycanı təmsil edən 12 yaşlı Yağmur izləyicilərə müraciət edərək hamını səsvermədə fəal iştirak etməyə çağırır:

“Dəstəyiniz mənim üçün çox önəmlidir. Bu müsabiqədə Azərbaycanın özünə səs vermək imkanı var və hər kəsi jesc.tv saytına daxil olub Azərbaycanı və iki digər ölkəni seçməyə dəvət edirəm.”

“Uşaq Avroviziyası 2025”in finalı dekabrın 13-də baş tutacaq və yekun nəticələrin 50%-i tamaşaçı səsverməsi əsasında müəyyən olunacaq", - məlumatda qeyd olunub.

Tarix
2025.12.11 / 20:23
Müəllif
Axar.az
Digər xəbərlər

Oranın azad edilməsi müharibənin taleyində mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla