Yuxarı

Bu avtomobil yolunda buzlaşma yarandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu avtomobil yolunda buzlaşma yarandı

Bakı–Şamaxı–Yevlax avtomobil yolunun bəzi hissələrində, eləcə də döngələrdə buzlaşma yaranıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu gün səhər saatlarından Qobustan rayonu ərazisinə yağan qar və müşahidə olunan şaxtalı hava səbəbindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun bu rayonun ərazisindən keçən enişli-yoxuşlu və döngəli hissələrində buzlaşma yaranıb.

Təhlükəsizlik məqsədilə paytaxtdan Şamaxı istiqamətində bəzi avtomobillərin hərəkəti yol polisi tərəfindən qismən məhdudlaşdırılıb. Qısa müddət ərzində yolun buzlaşan hissələri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və xüsusi texnikası tərəfindən təmizlənib, yollara duz-qum qarışığı səpilib və nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.

AAYDA-nın baş mühəndisi Həsən Məmmədli bildirib ki, əməkdaşlar gecə və səhər saatlarında yolboyu xidmət göstəriblər. Onun sözlərinə görə, buzlaşma müşahidə edilsə də, avtomobillərin hərəkətində ciddi problem yaranmayıb. Hazırda paytaxtdan Şamaxıya və əks istiqamətdə avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur, yol tam açıqdır.

Baş mühəndis əlavə edib ki, idarənin əməkdaşları növbəli şəkildə ərazidə xidmətdədirlər və ehtiyac yarandığı halda dərhal müdaxilə olunacaq. Bunun üçün kifayət qədər duz-qum ehtiyatı, zəruri materiallar və xüsusi texnika mövcuddur.

Qeyd edək ki, axşam saatlarında bölgədə yenidən qar yağacağı, havanın şaxtalı keçəcəyi və yolların qismən buz bağlaya biləcəyi ehtimal olunur. Bu səbəbdən sürücülərə ehtiyatlı olmaları, gecə saatlarına planlaşdırılan səfərlərini gündüz vaxtlarına keçirmələri tövsiyə edilir.

Tarix
2025.12.14 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla