Yuxarı

Aktyor tütünü reklam etdi, şirkət cərimələndi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aktyor tütünü reklam etdi, şirkət cərimələndi - Foto

Bakıda sosial şəbəkələrdə "Smoking Azerbaijan" səhifəsində tütün və tütün məlumatları məhsullarını reklam edən şirkət cərimələnib.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, "TTC GROUP" (The Tobacco Company) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) İnzibati Xətalar Məcəlləsinin 428.10-cu (Reklam haqqında qanunvericiliyin pozulması) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. İşə məhkəmədə baxılıb.

Məlum olub ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, ev 72/74, mənzil 95 ünvanında yerləşən "TTC GROUP" MMC-nin "Smoking Azerbaijan" adlı İnstaqram səhifəsində reklamı qadağan olunmuş tütün və tütün məlumatlarının reklam edilir.

Məhkəmə iclasında şirkətin nümayəndəsi bildirib ki, onlar bu cür paylaşımın inzibati xəta olmasını bilməyiblər. Digər səhifələr bu tip reklam paylaşıb və onlar da buna görə paylaşıma başlayıblar.

Məhkəminin hökmü ilə "TTC GROUP" MMC İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1000 manat cərimə edilib.

"Smoking Azerbaijan" səhifəsində tütün məhsullarının reklamına məhşur bloger və aktyorlar da cəlb edilir. 1000 manatlıq cəriməyə isə bloger və aktyor Əlixan Rəcəbovun son reklam çarxı səbəb olub.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Turan Mahmudzadədir.

Tarix
2025.12.23 / 14:19
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində...

Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə

Deputatdan pensiya və maaş artımı ilə bağlı açıqlama

YAP-ın VIII Qurultayı keçirildi, İlham Əliyev çıxış etdi

YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı - Yenilik

Fransada kütləvi iğtişaşlar: xalq nə tələb edir?

Ermənistanda saxlanılan əsgərə ikinci cinayət işi açıldı

Ermənistana keçən əsgərimiz... - İki versiya var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla