Yuxarı

"Azərsun Holdinq” bu ekoloji festivala dəstək verib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azərsun Holdinq” bu ekoloji festivala dəstək verib

İnsanlarda tullantıların düzgün idarə olunması, çeşidləmə vərdişlərinin təşviqi və ekoloji məsuliyyətli davranışın formalaşdırılması məqsədi ilə təşkil olunan festivalın əsas dəstəkçilərindən biri də “Azərsun Holdinq”dir.

Axar.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə toplanan plastik, şüşə tullantılar və işlənmiş batareyalar müvafiq emal müəssisələrinə göndərilərək ətraf mühitə zərərin azaldılmasına töhfə verəcək.

Aksiya zamanı iştirakçılar ümumilikdə 6585 litr plastik butulka, 562 litr şüşə tullantı və 1026 ədəd işlənmiş batareya təhvil verərək , müxtəlif hədiyyələr əldə ediblər.

Toplanan tullantılar növlərinə uyğun şəkildə çeşidlənərək yenidən emal prosesinə cəlb edilib.

Festival müddətində tullantıların təkrar emalı, resursların səmərəli istifadəsi və ətraf mühitin mühafizəsinin əhəmiyyəti ilə bağlı maarifləndirici məlumatlar təqdim olunub.

“Azərsun Holdinq” gələcəkdə də ekoloji layihələrdə fəal iştirak edərək dayanıqlı inkişaf, təmiz ətraf mühit və məsuliyyətli istehlak vərdişlərinin formalaşdırılmasına töhfə verməyi davam etdirəcək.

Tarix
2025.12.23 / 16:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində...

Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə

Deputatdan pensiya və maaş artımı ilə bağlı açıqlama

YAP-ın VIII Qurultayı keçirildi, İlham Əliyev çıxış etdi

YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı - Yenilik

Fransada kütləvi iğtişaşlar: xalq nə tələb edir?

Ermənistanda saxlanılan əsgərə ikinci cinayət işi açıldı

Ermənistana keçən əsgərimiz... - İki versiya var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla