Yuxarı

"Avronyus" AZAL təyyarəsi ilə bağlı material yayımladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Avronyus" AZAL təyyarəsi ilə bağlı material yayımladı

"Avronyus" saytında Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı material yayımlanıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, yazıda Azərbaycanın qəza ilə bağlı mövqeyi, hadisə zamanı sağ qalanların ifadələri və digər əhəmiyyətli detallar yer alıb.

Məqalədə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev istintaq nəticələrinə və şahid ifadələrinə əsaslanaraq məsuliyyətin Rusiyanın üzərinə düşdüyünü vurğulayıb. Nəticədə, Rusiya Prezidenti Vladimir Putin də ölkəsinin faciədə rolunu etiraf edib.

Yazıda pilotların qəhrəmanlığı xüsusi qeyd olunub:

“Hadisədə həlak olan pilotlar daha çox insan tələfatının qarşısını aldılar”.

Həmçinin vurğulanıb ki, qəzadan bir gün sonra Azərbaycan rəsmiləri “Avronyus”a açıqlamalarında pilotların eniş üçün müraciət etməsinə baxmayaraq, Rusiyanın Azərbaycan təyyarəsinə heç bir hava limanına eniş icazəsi vermədiyini və təyyarənin Xəzər dənizi üzərindən Qazaxıstan istiqamətinə uçmağa məcbur olduğunu bildiriblər.

Məqalədə qeyd edilib ki, hadisədən təxminən bir il sonra Rusiya Prezidenti ölkəsinin Hava Hücumundan Müdafiə sistemlərinin Qroznı üzərində Ukrayna dronlarını hədəfə aldığını və nəticədə Azərbaycan təyyarəsinin vurulmasında məsuliyyət daşıdıqlarını etiraf edib:

"Bundan sonra kompensasiya təklif olunub".

Xatırladaq ki, 25 dekabr 2024-cü il tarixində dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış və “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus "Embraer 190-100 IGW” tipli sərnişin hava gəmisi Azərbaycanın Bakı şəhərindən Rusiya Qroznı şəhərinə müntəzəm J2-8243 reysini yerinə yetirərkən Qazaxıstan ərazisində, Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində ekipajın iki üzvü (kapitan və ikinci pilot), baş bələdçi və 35 sərnişin həlak olub.

Tarix
2025.12.25 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

Bitkoin kəskin ucuzlaşdı

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla