Yuxarı

Qazaxıstan onu Azərbaycana təhvil verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstan onu Azərbaycana təhvil verdi

Beynəlxalq axtarışa verilmiş daha bir şəxs Azərbaycana ekstradisiya olunub.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Baş Prokurorluğun vəsatəti əsasında Qazaxıstan Respublikasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Herayev Ramazan Məhəməliyeviçin ekstradisiyası haqqında qərar qəbul olunub.

Belə ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Ramazan Herayevin külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Ramazan Herayev Qazaxıstan Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Tarix
2025.12.25 / 17:36
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı

Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı

Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı

AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...

Azərbaycandan alırıq, qalır satmaq...

ABŞ ilk dəfə açıqladı: Bakı və İrəvan arasında dəhşətli müharibə...

Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla