Ərdoğan COP31-ə prezident təyin etdi
10:53
| Ana səhifə Maqazin |
|
Şirvan Apellyasiya Məhkəməsində sosial şəbəkədə müğənni Vəfa Şərifovanı təhqir etdiyi üçün barəsində xüsusi ittiham qaydasında qərar çıxarılımış Arzu Məmmədovanın apellyasiya şikayətinə baxılıb.
Axar.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Arzu Məmmədova 2024-cü ilin noyabr ayında Tiktok platformasında "zuzu_muzisiyev" adlı hesabla Vəfa Şərifovanı təhqir edib.
Xocavənd Rayon Məhkəməsinin qərarı ilə Arzu Məmmədova Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək 480 saat ictimai işlərə cəlb olunub.
|
Tarix
2025.12.26 / 09:22
|
Müəllif
Axar.az
|