Yuxarı

Azərbaycan bir ölkəyə yoğurt satır, 13 ölkədən isə alır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bir ölkəyə yoğurt satır, 13 ölkədən isə alır

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumi dəyəri 5 milyon 562.12 min dollar olan 2 572.27 ton yoğurt idxal olunub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, 2024-cü ilin 10 ayının yekunlarına görə isə ölkəyə ümumi dəyəri isə 3 milyon 627.51 min dollar olan 2 min 225.87 ton yoğurt gətirilib. Bu isə onu göstərir ki, cari ildə yoğurt idxalı dəyər baxımından kəskin artıb.

Bu il əsas idxalçı ölkə Qazaxıstan olub, oradan dəyəri 3 milyon 712.58 min dollar olan 1 753.14 ton yoğurt alınıb. Belarusdan idxal 380.5 ton (657.9 min dollar), Rusiyadan isə 249.02 ton (850,84 min dollar) təşkil edib. Eyni zamanda İran, Türkiyə və Avropa İttifaqı ölkələrindən ölkəyə yoğurt gətirilib.

Azərbaycandan ancaq Gürcüstana yoğurt ixrac olunub. Bu il qonşu ölkəyə 682.64 dollar dəyərində 327.8 ton yoğurt satılıb. Ötən il isə Gürcüstana 202.49 min dollar dəyərində 99.13 ton yoğurt ixrac olunub.

Tarix
2025.12.27 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla