Yuxarı

Mərdanov işdən çıxarılmasından danışdı: Dedilər ki, imza at...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərdanov işdən çıxarılmasından danışdı: Dedilər ki, imza at...

12:20

Xəbər verdiyimiz kimi, sabiq təhsil naziri Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsindən uzaqlaşdırılıb.

Axar.az xəbər verir ki, Globalinfo.az məsələ ilə bağlı Misir Mərdanovla əlaqə yaradıb.

O bildirib ki, hələ rəsmi əmr olmasa da, faktiki olaraq vəzifəsindən uzaqlaşdırılıb:

“Bir müddət əvvəl Akademiyadan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş elmi-tədqiqat institutlarının fəaliyyətinin optimallaşdırılması məqsədilə iki-üç institutun birləşdirilməsi qərara alındı. O cümlədən, Riyaziyyat və Mexanika İnstitutu ilə İdarəetmə Sistemləri İnstitutunun birləşdirilməsi, hər iki qurumun fəaliyyətinin dayandırılması və onların bazasında yeni Riyaziyyat İnstitutunun yaradılması barədə qərar qəbul olundu. Uzun müddətdir gözləyirdik ki, proses necə baş tutacaq, kim gələcək, kim gedəcək. Nəhayət, cümə günü (dekabrın 26-da) Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən mənə zəng etdilər və institutun icraçı direktoru vəzifəsinə bir nəfərin təyin olunduğunu, müvəqqəti olaraq direktor vəzifəsini onun icra edəcəyini bildirdilər. Həmin şəxsi qəbul edib təhvil-təslim sənədlərinə imza atmalı olduğum deyildi. Mən də onu qəbul etdim. Bu şəxs Bakı Dövlət Universitetində işlədiyim dövrdə oranı bitirmiş 66 yaşlı texnika elmləri doktoru, tanıdığım biridir. Bu gün təhvil-təslim prosesi yekunlaşacaq”.

Sabiq nazir bundan sonra hansı fəaliyyətlə məşğul olacağına da aydınlıq gətirib:

“Qeyd edim ki, universitetdə kafedra müdiriyəm. Minimum halda bu fəaliyyətimi davam etdirəcəyəm. Artıq 13 ildir burada çalışıram. Eyni zamanda gələn il 80 yaşım tamam olacaq. Başqa xüsusi səbəb görmürəm. Yeni institut yaradılıb və bu baxımdan yeni rəhbər təyin olunmasını normal qarşılayıram”.

Tarix
2025.12.29 / 12:35
Müəllif
Axar.az
Digər xəbərlər

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Ali Məclisdə yeni komissiyalar yaradılacaq

Almaniya Bakı-İrəvan əməkdaşlığını alqışlayır

Xələfov Pakistan XİN rəhbəri ilə görüşdü

Azərbaycan ABŞ-la 907-ci düzəlişin ləğvini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla