Yuxarı

2 tondan çox narkotik vasitə məhv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
2 tondan çox narkotik vasitə məhv edildi

DİN-in əməkdaşları 4 rayonda apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində 2 tondan çox narkotik vasitələr aşkarlayıblar.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, Narkotiklərlə Mübarizə Baş İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağstafa RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dağkəsəmən kənd sakini Novruz Eyyubovun həyətyanı sahəsinə baxış zamanı ümumi çəkisi 7 kiloqram 250 qram olan 5 ədəd çətənə kolu, 405 qram marixuana, 5 qram həşiş və 50 qram çətənə toxumu aşkar edilərək götürülüb.

Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mirzə Abdulrəhmanovdan 10,07 qram, "Saipa" markalı avtomobilinə baxış zamanı isə əlavə olaraq 420 qram marixuana aşkar edilib.

Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hüsülü kənd sakini Tamella Nəsirovanın həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkarlanıb.

Gədəbəy RPŞ əməkdaşları tərəfindən isə Soyuqbulaq kəndi ərazisindən ümumi çəkisi 430 kiloqram olan 350 ədəd, "Qızılca meşəsi" adlanan meşə zolağından ümumi çəkisi 365 kiloqram olan 310 ədəd, Novo Saratovka kəndi ərazisindən ümumi çəkisi 1 ton 214 kiloqram olan 2460 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.

Tarix
2016.08.12 / 12:38
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla