Yuxarı

Neft Fondunun qızıl portfeli 185 tona çatıb…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft Fondunun qızıl portfeli 185 tona çatıb…

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində ötən il qızıl ehtiyatlarının artırılması ilə bağlı strateji qərar qəbul olunduğunu bildirib. Dövlət aktivlərinin artmasında Dövlət Neft Fondunun investisiya istiqamətlərinin şaxələndirilməsi xüsusi rol oynayır. Son illər qızıla sərmayə qoyuluşunu artıran Neft Fondunun qızıl portfeli 185 tona çatıb. Fondun investisiya portfelində isə yenə də ABŞ dolları üstünlük təşkil edir. Portfelin 68 faizi dollarda saxlanılır. Dollar portfelinin 22 milyard 982 milyon dollarlıq hissəsini, yəni 32,8 faizini qızıl investisiyaları təşkil edir.

Axar.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.

“Göründüyü kimi, Azərbaycan qızıl ehtiyatlarını kəskin artıran dövlətlərdəndir. Qızılın bahalaşması fonunda isə bu dövlət ehtiyatlarının daha da artması müşahidə edilməkdədir. Son 1 ildə dünya bazarında qızılın qiyməti 1.7 dəfə artıb. Hazırda qızılın 1 qramının qiyməti 144 dollardır.

“Trade Economics” təşkilatının qiymətləndirilmələrinə əsasən, qızıl ehtiyatlarının həcminə görə Azərbaycan dünyada ilk 25-likdə qərarlaşıb. Ehtiyatların həcminə görə isə ABŞ 8,133 min tonla dünyada birincidir. İlk üçlüyü Almaniya (3,350 min ton) və İtaliya (2,452 min ton) tamamlayır.

Göründüyü kimi, Azərbaycanın çevik sərmayə siyasəti valyuta ehtiyatlarımızın daha da artmasına səbəb olub. Bu isə iqtisadiyyatın dayanıqlığı və fiskal xərclərin fasiləsiz təminatı baxımdan vacibdir”, - Bayramov qeyd edib.

Tarix
2026.01.07 / 15:49
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Azərbaycan İranı əmin etdi: Hava məkanımız...

Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat

Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan

ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi

Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan

95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!

Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…

Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir

AB və Azərbaycan arasında mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla