Yuxarı

Dövlət buna müdaxilə etmir, hər kəs dini inancını yaşaya bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət buna müdaxilə etmir, hər kəs dini inancını yaşaya bilər

Azərbaycanda dini tolerantlıq məsələsində dövlət siyasəti kifayət qədər aydındır və cəmiyyətin böyük əksəriyyəti bu siyasətə uyğun davranır. Bu yanaşma təkcə dövlətin mövqeyi deyil, bilavasitə cəmiyyətin özündən qaynaqlanan bir istəkdir. İnsanlar dini və milli zəmində qarşıdurmaların yaşanmasını istəmir və bu mövqe bundan sonra da sabit xətt olaraq qalacaq.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, xaricdən idarə olunan müəyyən elementlər mövcuddur ki, onlar dini və milli tolerantlığa qarşı təbliğat aparmağa çalışırlar. Lakin bu cəhdlər cəmiyyət tərəfindən qəbul edilmir:

“Dövlət həm dini, həm də milli dəyərlərin qorunmasını, eyni zamanda insanların inanc və vicdan azadlığı çərçivəsində sərbəst yaşamasını təmin edir. Azərbaycanda hər kəs öz dini inancını siyasiləşdirmədən yaşaya bilər. Eyni zamanda, hər bir vətəndaş milli kimliyinə aid olan mədəni komponentləri sərbəst şəkildə mənimsəyə və yaşada bilər. Dövlət bu prosesə müdaxilə etmir, lakin bu mövzuları kənar qüvvələrin təsiri ilə problemə çevirmək istəyənlər qanun qarşısında cavabdeh olurlar və bundan sonra da olacaqlar”.

Deputat vurğulayıb ki, Azərbaycan bütöv və bölünməz dövlətdir və dövlətin bütün məsələlərə baxışı məhz bu bütövlüyün qorunmasına yönəlib:

“Bu yanaşma eyni zamanda ölkədə dini və milli tolerantlığın, eləcə də sağlam ictimai münasibətlərin qorunması deməkdir”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqaməti üzrə hazırlanıb.

Tarix
2026.01.09 / 15:16
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla