Yuxarı

Elşad Miraləmə yüksək vəzifə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elşad Miraləmə yüksək vəzifə verildi

Elşad Mircavad oğlu Miraləm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri təyin olunub.

Axar.az xəbər verir ki, bu barədə Modern.az-a komitədən bildirilib.

Qeyd edək ki, Aparatın keçmiş rəhbəri Nəriman Qurbanov 24 oktyabr 2025-ci il tarixində vəfat edib.

Dini Komitə Aparatının yeni rəhbəri Elşad Miraləm 1977-ci ildə Goranboy rayonunda anadan olub. O, əmək fəaliyyətinə jurnalist kimi başlayıb: 1998-1999-cu illərdə “Press-Media” qəzetində müxbir, şöbə müdiri, baş redaktorun birinci müavini; 1999-2002-ci illərdə “Yeni Azərbaycan” qəzetində müxbir, şöbə müdiri, baş redaktorun müavini; 2002–2005-ci illərdə “Azərbaycan” qəzetində parlament müxbiri işləyib.

2005–2018-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya katibi, mətbuat xidmətinin rəhbəri, şöbə müdiri vəzifələrində çalışıb.

2018–2020-ci illərdə CBC TV-də Azərbaycan redaksiyasının baş redaktoru işləyib.

2020-ci ildə SOCAR Təhlükəsizlik İdarəsində müşavir, 2020-2024-cü illərdə Milli Məclisdə deputat köməkçisi olub.

2024-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fəaliyyətə başlayan E.Miraləm sədrin köməkçisi, Aparat rəhbərinin müavini vəzifələrini tutub.

O, ölkə Prezidentinin 6 iyul 2012-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Tarix
2026.01.10 / 10:28
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla