Yuxarı

Tanınmış həkimin faciəli şəkildə öldüyü yerdən - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış həkimin faciəli şəkildə öldüyü yerdən - Video

Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

Axar.az müraciətin mətnini təqdim edir:

“Dumanlı hava yolda məhdudiyyətli görünməyə səbəb olduğu üçün təhlükəsizlik baxımından əlverişsiz hesab edilir. Təəssüf ki, bir sıra hallarda sürücülərin bu xüsusda verilən tövsiyələrə əməl etməməsi sonda xoşagəlməz nəticələrə gətirib çıxarır.

Belə ki, ötən gün saat 21 radələrində Neftçala rayon sakini Yaşar Kərimov idarə etdiyi “Toyota” markalı avtomobillə su kanalı üzərindəki körpüdən keçmək istəyərkən havanın qaranlıq olması, eləcə də qatı duman səbəbindən yol şəraitini düzgün qiymətləndirə bilməyib və nəticədə avtomobil yoldan çıxaraq kanala aşıb. Köməksiz vəziyyətdə qalan 73 yaşlı Y.Kərimov hadisə yerində həyatını itirib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları dumanlı, çiskinli havalarda daha da diqqətli olmağa, ətraf mühiti yetərincə qavramağa imkan verən sürət həddi seçməyə, ötmə, manevr etmə, dayanma, durma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının, şüşə silgəclərinin işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa çağırır”.

Qeyd edək ki, Yaşar Kərimov əvvəllər Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında baş həkim vəzifəsində çalışıb.

Tarix
2026.01.10 / 11:46
Müəllif
Axar.az
Digər xəbərlər

İsveçrə XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Daha bir ölkə Tehrandakı səfirliyini Bakıya köçürdü

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

Bakı və İrəvan arasında sülh prosesi Fransada müzakirə edildi

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

İrana ilk humanitar yardımı Azərbaycan göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla