Yuxarı

İpotekaya yararlı mənzillər bahalaşdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İpotekaya yararlı mənzillər bahalaşdı - Video

İpoteka predmeti olan daşınmaz əmlakın qiymətində ciddi artım müşahidə olunur.

Axar.az xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətindən verilən məlumata görə hazırkı bazarda 200 min manat dəyərində daşınmaz əmlakın qiymətində son altı ayda beş-yeddi min manat arası artım müşahidə olunur. Qiymətlər isə mənzilin sahəsinə və yerləşdiyi yerin bazar dəyərinə uyğun olaraq hesablanır.

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bazarda müşahidə olunan qiymət artımına paralel olaraq əgər daşınmaz əmlak ipoteka şərtlərinə uyğundursa, qiyməti bir az da artır ki, buna da səbəb mənzilin təklif edilən qiymətə daha tez satılmasıdır.

Elnur Azadovun sözlərinə görə, bir və iki otaqlı mənzillərdə qiymət artımı daha çoxdur.

Ekspert bildirib ki, şəhər daxilində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar olaraq bazarda tələbin təklifi üstələməsi də qiymət artımına səbəb olan amillərdən biridir.

Tarix
2026.01.10 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan Türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla