Yuxarı

Şəkidə qəbiristanlıq oğruları tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəkidə qəbiristanlıq oğruları tutuldu

Şəkidə qəbiristanlıqdan oğurluq edən Mingeçevir sakinləri saxlanılıb.

Report xəbər verir ki, oğurluq hadisəsi Şəkinin Çayqaraqoyunlu kənd qəbiristanlığında qeydə alınıb. Kənd sakinləri Şəki Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaxınlarının qəbirlərinin ətrafında olan dəmir məhəccərlərin yoxa çıxdığını bildiriblər.

Dərhal əməliyyat axtarış tədbirləri həyata keçirən polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən Mingeçevir sakinləri 1967-ci il təvəllüdlü Davud Ələmşah oğlu Quliyevi və 1988-ci il təvəllüdlü Faiq Elbrus oğlu Qasımovu saxlayıblar.

İlkin dindirilmə zamanı şübhəli şəxslər əməllərini etiraf ediblər. Onlar bildiriblər ki, Mingəçevirdən iş axtarmaq məqsədilə Şəkiyə gəliblər və yol kənarında qəbirstanlığı gördükdə oradan dəmir məhəccərləri oğurlamaq qərarına gəliblər. Oğurladıqları dəmirləri isə yaşadıqları Mingəçevir şəhərində satıblar.

Faktla bağlı Şəki şəhər rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Tarix
2016.08.14 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla