Yuxarı

ABB Dövlət Vergi Xidməti ilə tərəfdaşlığa başladı!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB Dövlət Vergi Xidməti ilə tərəfdaşlığa başladı!

ABB və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında qurulan əməkdaşlıq və məlumat sistemlərinin inteqrasiyası nəticəsində sahibkarlar üçün aksizli malların, ilkin mərhələdə tütün məmulatlarının satışı zamanı ödənişlərin ABB Biz tətbiqi vasitəsilə rəqəmsal qaydada həyata keçirilməsini təmin edən yeni, rahat və innovativ mexanizm istifadəyə verilib.

Bu mexanizm aksizli mallara görə ödəniş üçün əvvəllər istifadə edilən fərqli sistemlərə keçid ehtiyacını aradan qaldırır. Sahibkarlar ABB Biz tətbiqi daxilində alınan malların adını, sayını, qiymətini və məcburi nişanlama kodlarını görərək ödənişi eyni yerdən cəmi bir toxunuşla tamamlaya bilirlər.

Məlumat üçün bildirək ki, mövcud qaydalara əsasən aksizli malların satışı zamanı malların üzərində yerləşən DataMatrix (QR) kodları satıcı və alıcı tərəfindən ayrı-ayrılıqda skan edilməli, “Təqib və İzləmə Sistemi”ndə (TİS) yerdəyişmə və qəbul əməliyyatları təsdiqlənməli, ödəniş isə ayrıca həyata keçirilməli idi. Yeni mexanizm sayəsində tütün məmulatları üzrə kodların yenidən skan edilməsinə ehtiyac qalmır, təkrar əməliyyatlar aradan qalxır və sahibkarların işi daha da asanlaşır.

Qeyd olunan imkan ABB Biz tətbiqi və TİS sistemlərinin inteqrasiyası nəticəsində mümkün olub. Belə ki, topdansatışçı tərəfindən aksizli mallarla bağlı sifariş məlumatları daxil edildikdən sonra, sahibkara avtomatik bildiriş göndərilir və sifariş üzrə bütün ödəniş məlumatları ABB Biz tətbiqində əks olunur. Bu məlumatlar TİS bölməsində “Ödənilməli” statusu ilə görünür.

Bildirişi alan sahibkar əlavə sistemlərə keçid etmədən, ABB Biz tətbiqi daxilində cəmi bir toxunuşla ödənişi həyata keçirir. Ödəniş tamamlandıqdan sonra TİS-də müvafiq əməliyyatlar avtomatik icra olunur.

Eyni zamanda, sahibkar öz kassiri, anbardarı və ya digər səlahiyyətli nümayəndəsi üçün ABB Biz tətbiqi vasitəsilə elektron etibarnaməsini rəsmiləşdirərək, ona aksizli mallar üzrə ödənişlərin həyata keçirilməsi səlahiyyəti verə bilər. Bu isə gündəlik əməliyyatların daha rahat təşkilinə imkan yaradır. ABB Biz aksizli malların ödənişi üzrə sahibkarlar üçün vahid, rahat və müasir bank həlli kimi çıxış edir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Tarix
2026.01.13 / 13:41
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla