Yuxarı

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluq halları artır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ahıl və tənha vətəndaşlara qarşı dələduzluq halları artır

DİN ahıl və tənha vətəndaşlara qarşı dələduzluq hallarının artması ilə bağlı vətəndaşlara müraciət edib.

DİN-in Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, son günlər ahıl və tənha vətəndaşlara qarşı dələduzluq hallarının artması müşahidə olunur.

Naməlum şəxslər özlərini övlad, nəvə və ya yaxın qohum kimi təqdim edərək guya qəza törədilməsi, ağır cərrahi əməliyyata ehtiyac olması kimi saxta bəhanələrlə yaşlı insanlardan pul tələb edirlər..

Bildirilib ki, şübhəli şəxslər əsasən xarici nömrələrdən zəng edərək vətəndaşlara yalan məlumatlar ötürür, təcili şəkildə müxtəlif məbləğlərdə pul vəsaitinin göndərilməsini israrla tələb edirlər. Bəzi hallarda dələduzlar xüsusi olaraq ahıl və tənha şəxsləri hədəf seçir, onların yaşadıqları ünvanlara kuryerlər göndərərək vəsaitləri nağd və ya onlayn formada ələ keçirməyə çalışırlar.

Bu kimi halların qarşısının alınması üçün vətəndaşlara tövsiyə olunur ki, daxil olan zənglər üzrə verilən məlumatları mütləq yoxlasınlar, tanımadıqları şəxslərə və ya şübhəli zənglərə inanaraq pul göndərməsinlər, şübhəli hallarla üzləşdikdə dərhal 102 Zəng Mərkəzinə müraciət etsinlər.

"Daxili İşlər Nazirliyi vətəndaşları diqqətli olmağa və belə dələduzluq cəhdlərinə qarşı xüsusilə həssas davranmağa çağırır", - məlumatda qeyd edilib.

Tarix
2026.01.14 / 11:06
Müəllif
Axar.az
Digər xəbərlər

Təbrik edirəm, mühüm addım atıldı - Paşinyan

Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat

İran bir neçə milli dövlətə parçalana bilər - Arkov

Bayramov Fidanla regional təhlükəsizliyi müzakirə etdi

Pezeşkianı eşitmədilər, qətliam oldu: ABŞ zərbə endirəcək

Ceyhun Bayramov venesuelalı həmkarı ilə danışdı

Azərbaycana görə qiymətlər azaldı - Paşinyan

Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos

Səfirimiz Rusiya XİN-də bunu müzakirə etdi

Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla