Yuxarı

İran Ermənistana qarşı hərəkətə keçdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Ermənistana qarşı hərəkətə keçdi

İranın İrəvandakı səfiri Xəlil Şirqulaminin mətbuat konfransında söylədikləri İran-Ermənistan münasibətlərində dönüş nöqtəsi sayıla bilər. Ermənistan müstəqillik qazandıqdan bu yana İranla sıx münasibətləri olub və bu iki dövlətin bir-birinə iradları olmayıb. Ancaq Ermənistan Baş naziri Nikol Paşinyanın İran rejiminin düşməni ABŞ-la müxtəlif sahələrdə tərəfdaşlığını genişləndirməsi, üstəgəl, ərazisində “Tramp yolu”nun inşasına imza atması Tehranı hərəkətə keçməyə sövq edib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, İran səfirinin “Ermənistan getdikcə İrana qarşı düşmən mövqedə olan qüvvələrin fəaliyyət mərkəzinə çevrilir” açıqlaması ikili münasibətlərdə mövcud vəziyyəti ortaya qoyur:

“Aydındır ki, səfir İran Xarici İşlər Nazirliyinin təlimatı əsasında Ermənistan hökumətinin siyasətini sərt tənqid edib. İran səfirliyi qarşısında İrəvanda yaşayan iranlıların ölkələrindəki etiraza dəstək verməsi səfirin narazılığına səbəb olub. Səfiri narazı salan həm də Ermənistan polisinin səfirlik qarşısında etiraza şərait yaratmasıdır. İranlı diplomat “ən çətin məqamlarda məhz Tehran həmişə İrəvana yardım əlini uzadıb” cümləsiylə İrəvanın Tehrana arxa çevirdiyini demək istəyib. Səfirin son cümləsini belə də oxumaq olar: “Azərbaycan torpaqlarının işğalında Sizə vediyimiz dəstəyi unutdunuz”.

Nikol Paşinyan İranda rejimin dəyişəcəyinin fərqindədir. Ona görə o qəddar rejimlə tərəfdaş olmaqdansa, dünyanın superdövləti ABŞ-la sıx tərəfdaşlığa üstünlük verib. Bu, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə dəstək verən İran rejiminə də yaxşı dərsdir”.

Tarix
2026.01.14 / 20:43
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla