Yuxarı

Lənkəranda qardaş qardaşı bıçaqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranda qardaş qardaşı bıçaqladı

09:44

Lənkəranda qardaş qardaşını bıçaqlayıb.

Axar.az xəbər verir ki, Lənkəran şəhər sakini Emral Əmin oğlu Mirzəyev aralarında yaranmış münaqişə zamanı qardaşı Semral Əmin oğlu Mirzəyevə bıçaqla xəsarətlər yetirib.

Faktla bağlı cinayət işi başlanılmaqla istintaq aparılır.

***

Lənkəranda qardaşlar arasında bıçaqlanma hadisəsi ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Qeyd olunub ki, həmin cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

TƏBİB-dən isə bildirilib ki, dünən saat 15:10 radələrində xəsarət alması səbəbilə 2006-cı il təvəllüdlü şəxs (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Ona sol döş qəfəsin və sağ budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin olunub. Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Tarix
2026.01.15 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla