Yuxarı

Əriylə sevgilisini parçalayan qadın məhkəmədə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əriylə sevgilisini parçalayan qadın məhkəmədə

Ərini sevgilisi ilə birlikdə öldürüb, parçalara ayıran və izi itirmək üçün basdıran qadın hakim qarşısına çıxarılıb. Qətli törədənlər məhkəmədə jurnalistlərin iştirak etməsini istəməyib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları elan edilərkən məlum olub ki, qətli törədən S.Məmmədov və L.Mahmudovanın hər birinin himayasində iki uşaq var.

L.Mahmudova tibb bacısı olub.

Təqsirləndirilən şəxslərin vəkilləri vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini istəyiblər və əsas olaraq isə işdə ailə sirləri ilə bağlı məlumatların olduğunu deyiblər.

Cinayət işində zərəərçəkmişin hüquqi varisi kimi qardaşı Elçin Zahidov tanınıb. O və hüquqlarını müdafiə etdikləri vəkilləri prosesin qapalı keçirilməsinə etiraz ediblər.

Çıxış edən prokuror Fərid Nağıyev də məhkəmənin qapalı keçirilməsi üçün əsas olmadığını deyib. Dövlət ittihamçısı bildirib ki, ictimaiyyət necə hadisələrin baş verdiyini görməlidir.

Məhkəmə heyəti müşavirəyə yollanıb. Vəsatətlə bağlı qərar açıqlanıb. Hakim vəsatətin təmin edilmədiyini və prosesin açıq keçirilcəyini elan edib.

Məhkəmənin baxış iclası avqustun 30-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il sentyabrın 26-da Yasamal rayonunda baş verib.

Paytaxt sakini L.Mahmudova Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək həyat yoldaşı 39 yaşlı Kamran Mahmudovun itkin düşməsi barədə məlumat verib. Hadisədən 5 gün sonra K.Mahmudovun öldürüldüyü müəyyən edilib.

Cinayətin mərhumun həyat yoldaşı L.Mahmudova və onun tanışı S.Məmmədov tərəfindən törədildiyini aşkara çıxarılıb. Hər 2 şəxs saxlanılaraq ifadələri alınıb. İstintaq araşdırmaları zamanı məlum olub ki, sentyabrın 26-da gecə saatlarında S.Məmmədov L.Mahmudovanın yaşadığı evə gəlib. Bu zaman mərhum Kamran Mahmudov və evdəki azyaşlı uşaqlar yatırmış.

L.Mahmudova ilə əvvəlcədən plan quran S.Məmmədov özü ilə gətirdiyi tapança ilə yatmış K.Mahmudovun baş nahiyyəsindən 3 dəfə atəş açaraq onu qətlə yetirib. Onlar izi itirmək məqsədilə meyidi hissələrə bölərək bağlamalara yığıblar. Sonra həmin bağlamalarla S.Məmmədov Bakıdan İsmayıllı rayonuna yola düşüb. O, meyidi İsmayıllı rayonunda meşədə basdıraraq Bakıya qayıdıb.

Xatırladaq ki, ki, L. Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, əri isə bizneslə məşğul olub.

Tarix
2016.08.18 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla