Yuxarı

Yeraltı keçidlər müasir tələblərə uyğun deyil...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeraltı keçidlər müasir tələblərə uyğun deyil...

Şəhər nəqliyyat infrastrukturunun planlaşdırılması zamanı mövcud yolların və piyada keçidlərinin gələcək tələblərə uyğunlaşdırılması vacibdir.

Axar.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, həyata keçirilən layihələr hazırlanarkən gələcək nəqliyyat axını, avtomobil sıxlığı və alternativ hərəkət imkanları əvvəlcədən nəzərə alınmalı, problemlər kompleks şəkildə həll edilməlidir.

R.Hümmətov bildirib ki, bəzi ərazilərdə yolun fiziki imkanlarının məhdud olması və artan sıxlıq yeni, daha çevik yanaşmalar tələb edir:

"Biz doğru yolları axtarmalı, mövcud infrastrukturdan maksimum səmərə ilə istifadə etməliyik. Vaxtilə inşa olunan yeraltı piyada keçidləri həmin dövrün tələblərinə cavab verib və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayıb. Lakin müasir şəhərsalma yanaşması daha çox yerüstü, əlçatan və insanlar üçün rahat piyada mühitinin yaradılmasına üstünlük verir".

Onun sözlərinə görə, mövcud keçidlərdən səmərəli istifadə mexanizmləri yenidən nəzərdən keçirilməli, paralel və təkrarlanan infrastrukturun yaradılmasına yol verilməməlidir:

"Əgər artıq yeraltı keçid mövcuddursa, onun üzərində əlavə keçid təşkil etməzdən əvvəl həmin infrastrukturun necə daha effektiv istifadə ediləcəyini düşünməliyik".

R.Hümmətov əlavə edib ki, yeni həllərin tətbiqi ilə yanaşı, əhalinin bu dəyişikliklərə uyğunlaşması üçün maarifləndirmə işləri də gücləndirilməlidir.

Tarix
2026.01.28 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla