Yuxarı

Nişanlı qızı gecə bu yolla qaçırdılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nişanlı qızı gecə bu yolla qaçırdılar

Cəlilabad rayonunun Boyxanlı kəndində 17 yaşlı qız həmkəndlisi tərəfindən qaçırılıb.

Azvision.az xəbər verir ki, hadisə avqustun 18-də axşam saat 23:00-da baş verib.

Qaçırılan qızın atası Eldar Dadaşov faktı təsdiqləyib. O, qızının zorla qaçırıldığını deyib:

"Hadisə qızım bacısı ilə tualetə getdiyi zaman baş verib. Əminik ki, qızım zorla qaçırılıb. Çünki qızımın ayaqqabısı hadisə yerində qalıb. 18 yaşına çatmayan şəxsin qaçırılması birbaşa adam oğurluğudur. Qızım qohumumuzla nişanlıdır və yaxın vaxtlarda toyu olacaqdı. Hazırda qızımın nişanlısı Rusiyadadır".

E.Dadaşov qeyd edib ki, qızını qaçıran şəxs kənddə avara, tüfeyli kimi tanınır: "Qızımı qaçıran şəxsin adı Zaurdur. O, kənddə avara kimi ad çıxarıb. Bir müddət əvvəl öz qohumu ilə evli olub, sonra ayrılıb. Daha sonra xalası qızı ilə evlənib, onu da boşayıb. Həmin şəxs bu axşam qızımı qaçırıb".

Qızı qaçırılan ata polisin hadisəyə biganə münasibət göstərdiyini söyləyib: "Hadisədən dərhal sonra polisə xəbər verdik. Ancaq Cəlilabad polisi hadisə yerinə gəlmədi. Dəfələrlə rayon polis şöbəsinə, 102 "qaynar xətti"nə etdiyimiz zənglərə baxmayaraq, onları hadisə yerinə gətirə bilmədik. Özümüz polis idarəsinə gedərək şikayətimizi bildirdik. Bundan sonra işi hansısa müstəntiqə verdilər. İşi aparan polis hazırda rayonda yoxdur. Polis hadisəyə müdaxilə etməlidir".

E.Dadaşov qaçırılan qızını geri qaytarmaq istədiyini deyib: "Biz istəyirik ki, qızım tezliklə tapılsın. İstənilən halda qızı geri istəyirik. Oğlanın valideynləri də qızımın tapılmasını istəyirlər.

Bizə gecə saatlarında bildirdilər ki, qızı qaçıran şəxs Bakıda, "Yeni Günəşli" qəsəbəsində yaşayan bacısının evində gizlənir".

Tarix
2016.08.19 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla