Yuxarı

Milli Qəhrəmanın xanımına mənzil verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Qəhrəmanın xanımına mənzil verildi

Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun həyat yoldaşı Könül Həmidova mənzillə təmin olunub.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanının xanımı bildirib.

O, bu günlərdə Prezident İlham Əliyevə yazdığı məktubda mənzil aldığına görə dövlət başçısına minnətdarlıq edib:

“Müharibədən sonra şəhid və qazi ailələrinin mənzillə təmin olunması, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz tədbirlər cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Mən də bu qayğının nəticəsi olaraq mənzillə təmin olunmuşam. Buna görə Sizə bir daha səmimi təşəkkürümü bildirirəm”.

Şükür Həmidov 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin geri alınmasında böyük şücaət göstərib. Prezidentin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, daha sonra vaxtından əvvəl polkovnik hərbi rütbəsinə layiq görülüb.

Vətən müharibəsində Ş.Həmidov dogulduğu Qubadlının bəzi kəndlərinin azad edilməsi əməliyyatlarında iştirak edib.

22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları, "Zəfər" ordeni ilə təltif olunub.

Milli Qəhrəmanın 1 oğlu və 1 qızı yadigar qalıb.

Tarix
2026.01.29 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla