Ötən gün Azərbaycan və ümumlikdə MDB məkanın ən nüfuzlu
azərbaycanlı qanuni oğru sayılan Rövşən Lənkəranski İstanbulda
sui-qəsdin qurbanı oldu.
Axar.az xəbər verir ki, bununla da, o, Seymir Nardaranski
(1963-2003), Eldar Əliyev (1965-2004), Sabiradablı Hikmət
(1956-2006), Çingiz Sedoy (1954-2007), Qoca Bakinski (1972-2013) və
Dadaş Novxaninskidən (1973-2016) sonra öz əcəli ilə ölməyən növbəti
azərbaycanlı qanuni oğru kimi tarixə düşdü.
Bu yazıda Rövşən Lənkəranskinin öldürülmə səbəbi və Azərbaycanın
"oğru mafiyası"nın iç savaşından deyil, MDB məkanında ciddi gücə
çevrilmiş yeni nəsil Azərbaycan qanuni oğrularından bəhs
edəcəyik.
Nadir Səlifov
Lotu Quli 1972-c il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda
andan olub. 1996-cı ildə Azərbaycanda həbs olunub və 15 il
müddətinə azadlıqdan məhrum edilib. 2000-ci ildə gürcü və yezidi
avtoritetlər tərəfindən 27 yaşlı Səlifova qanuni oğru adı verilib.
Daha çox Lotu Quli adı ilə tanınan Nadir Səlifov 2005-ci ildə Bakı
məhkəməsi tərəfindən daha 15 il müddətinə azadlıqdan mərhum edilib.
Oğru dünyasında ən nüfuzlu azərbaycanlı avtoritetlərdən sayılan
Səlifov Rafiq Masallinski, Emin Hacıqabulski və Georgi Uqlavanın
"oğru tacını" əlindən alıb. Eyni zamadan həbsxanada omasına
baxmayaraq, Rafət Əlibayramlinskinin "oğru" adını aldığı
"sxodka"larda Skayp vasitəsilə iştirak edib.
Nadir Səlifov 2021-ci ildə azadlığa çıxacaq.
Rafiq Masallinski
1982-ci il yanvarın 21-də Masallı rayonunda anadan olub. 2013-cü
il fevralın 11-də Aşqabadda keçirilən "sxodka"da qanuni oğru adını
almışdı. Həmin ilin martında Azərbaycanda həbs olunduqdan sonra
Nadir Səlifovun (Lotu Quli) qərarı ilə bu addan məhrum edilmişdi.
Hazırda qanuni oğru adı ona geri qaytarılıb.
Hacı Beyləqanski
1982-ci il martın 29-da Beyləqan şəhərində anadan olub. 2012-ci
il dekabrın 10-da Dubayda keçirilən "sxodka"da qanuni oğru adını
alıb. Rövşən Lənkəranskiyə ən yaxın şəxslərdən sayılan Beyləqanski
sonuncunun İstanbulda sui-qəsdə qurban getməsindən sonra Türkiyə
polisi tərəfindən saxlanılıb.
Rüfət Gəncinski
1981-ci il aprelin 12-də Gəncə şəhərində anadan olub. 2012-ci il
dekabrın 10-da Dubayda keçirilən "sxodka"da qanuni oğru adını alıb.
Lakin 2013-cü ilin sentyabrında "Matrosskaya Tişina" müvəqqəti
saxlanma təcridxanasında "oğru" Miriko Kutaisski tərəfindən bu
addan məhrum edilib. 2015-ci ildə Türkiyədə keçirilən "sxodka"da bu
ad ona geri qaytarılıb.
2015-ci il aprelin 1-də Moskva məhkəməsi tərəfindən 8 il
müddətinə azadlıqdan məhrum edilib. Hazırda Voloqda vilayətində
cəza çəkir. 2021-ci ilin sentyabrında azadlığa çıxacaq.
Zaur Şipilov
1985-ci il oktyabrın 18-də Rusiyanın Orenburq şəhərində anadan
olub. 2013-cü ilin iyulunda Rövşən Lənkəranski və Hacı Beyləqanski
tərəfindən ona qanuni oğru adı verilib. 2015-ci il oktyabrın 7-də
Moskvada həbs olunub. Moskva məhkəməsinin 2016-cı il 4 fevral
tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. 2018-ci
il oktyabrın 6-da azadlığa buraxılacaq.
Eldar Səfərov (Elektrik)
1965-ci ildə Bakıda doğulub. 1996-cı ildə qanuni oğrular
Lazgiyan və Apakiyadan "oğru" adı alıb. Əsasən Nijni Novqorod
şəhərində kriminal fəaliyyətlə məşğul olan Elektrik bir neçə dəfə
narkotik vasitələr saxlamaq ittihamı ilə tutulub. 2003-cü ildən
sonra kriminal fəaliyyəti barədə məlumat yoxdur.
Yunus Nəzər oğlu
Canəhmədov (Yunus
Yasamalski)
1961-ci il yanvarın 23-də Bakıda anadan olub. 1984-cü ildə
vətənində qanuni oğru adını alıb. 2003-cü ildə mayında Nijni
Novqorod şəhərində saxlanılıb və Azərbaycana deportasiya olunub.
2006-cı il sentyabrın 24-də Bakıda 10 qram heroinlə saxlanılıb.
Sonuncu dəfə Yunus Yasamalskinin adı kriminal xronikada 2015-ci
ilin iyununda hallanıb. Həmin vaxt o, Moskvada tutularaq təyyarə
reysi ilə Bakıya deportasiya olunub.
Rafət
Əlibayramlinski
1979-cu il martın 17-də Əli Bayramlı (indiki Şirvan) şəhərində
doğulub. 2014-cü il avqustun 28-də Türkiyənin Antalya şəhərində
keçirilən "sxodka"da qanuni oğru adını alıb. Hazırda
azadlıqdadır.
Emin Camal oğlu
Əhmədov (Emin
Hacıqabulski)
1982-ci il fevralın 1-də Hacıqabulda anadan olub. 2006-cı
yanvarın 29-da Moskvada saxlanılıb. 2007-ci il dekabrın 10-da
məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum olunub.
2013-cü il fevralın 11-də Maqadan vilayətindəki həbsxanalardan
birində qanuni oğru adını alıb. Həmin ilin mayında Lotu Quli
tərəfindən bu addan məhrum edilib.
Əli Müsaib oğlu
Heydərov (Albert
Rıjiy)
1981-ci il fevralın 2-də Gəncədə doğulub. 2000, 2002 və 2008-ci
illərdə Arxanqelskdə həbs olunaraq müxtəlif müddətlərə azadlıqdan
məhrum edilib. Kriminal aləmdə daha çox Albert Rıjiy adı ilə
tanınan Əli Heydərov 2012-ci il sentyabrın 22-də Sankt-Peterburqda
gürcü və erməni avtoritetlərinin iştirakı ilə keçirilən "sxodka"da
qanuni oğru adını alıb.
2014-cü il iyunun 9-da Türkiyənin Ədirnə, həmin ilin iyulunda
isə Sankt-Peterburqun Veteranov prospektində saxlanılıb. Hazırda
istintaq nəzarəti altındadır.
Namiq Nəriman oğlu
Səlifov
1976-cı il mayın 28-də Gürcüstanın Dmanisi şəhərində anadan
olub. 1996-cı ildə Azərbaycanda 27 il müddətinə azadlıqdan məhrum
edilib. Sonradan buraxılıb. 2013-cü il avqustun 14-də İstanbulda
keçirilən "sxodka"da qanuni oğru adını alıb.
Hazırda azadlıqdadır.
Ceyhun
Gəncinski
1975-ci il dekabrın 9-da Gəncədə andan olub. 2014-cü il avqustun
28-də Antalyada keçirilən "sxodka"da Rafət Əlibayramlinski ilə
birlikdə qanuni oğru titulu alıb. Lakin 2015-ci il martın 5-də
Moskvada baş tutan yığıncaqda Zaxari Kalaşovun (Şako Molodoy)
verdiyi "proqon" əsasında bu addan məhrum edilib.
Arif Nürəddin oğlu
Mehdiyev (Arif
Sumqayitski)
1961-ci il fevralın 25-də
Göyçayda anadan olub. 1989-cu ildə 27 yaşında "oğru" adını alıb.
1996-cı ildə Bakıda, 2012-ci ildə Moskvada və 2013-cü ildə
Ukraynada müxtəlif səbəblərə görə saxlanılıb. Hazırda
azadlıqdadır.
Vaqif Mədət oğlu
Süleymanov (Vaqif
Diplomat)
1965-ci il avqustun 15-də Tiflisdə anadan olub. 2001-ci ildə
Moskvada Seymur Nardaranski, Sabirabadlı Hikmət, Çingiz Sedoy,
Mamed Masallinski və Qoca Bakinskinin iştirakı ilə keçirilən
"sxodka"da "qanuni oğru" adını alıb. 2007 və 2011-ci illərdə
Moskvada narkotik vasitələrin istifadəsinə görə saxlanılıb. 2013-cü
ildən azadlıqdadır.
Rəşad Gəncinski
1978-ci il martın 16-da Gəncədə anadan olub. 2013-cü il fevralın
11-də Moskva vilayətində keçirilən "sxodka"da qanuni oğru adını
alıb. 2010-cu il sentyabrın 17-də 1 il müddətinə azadlıqdan məhrum
edilib.
Hazırda azadlıqdadır.
İlqar İbrahim oğlu
Əliyev
1977-ci il yanvarın 8-də Gürcüstanın Dmanisi rayonunda anadan
olub. 2012-ci il martın 16-da Yunanıstanda baş tutan "sxodka"da
gürcü avtoritetləri tərəfindən qanuni oğru adını alıb. 2014-cü il
aprelin 2-də Moskvanın Presnenski rayon məhkəməsinin hökmü ilə 4 il
müddətinə azadlıqdan məhrum edilib.
2018-ci ilin aprelində azadlığa çıxacaq.
Cavid İltizam oğlu
Məmmədov (Dato
Ağcabədinski)
1985-ci il martın 14-də Ağcabədidə anadan olub. 2002-2009-cu
illərdə Rusiyada həbs həyatı yaşayıb. 2013-cü il iyunu 27-də
Yunanıstanda keçirilən "sxodka"da qanuni oğru adını qazanıb.
Hazırda azadlıqdadır.
Yusif Nürəddin oğlu
Əliyev (Yusif
Şamxorski)
1971-ci ildə iyunu 18-də Şəmkirdə anadan olub. 2008-ci il
noyabrın 6-da Moskvanın "Zolotoy Slon" restoranında qanuni oğru
adını alıb. 44 yaşlı Şamxorski hazırda axtarışdadır.
Tahel Qəribxan oğlu
Dağlıyev (Tolik
Noqinski)
1983-cü ildə Azərbaycanda anadan olub. 30 yaşı olarkən Türkiyədə
keçirilən "sxodka"da qanuni oğru adını alıb. 2015-ci ilin aprelində
Rusiyanın Noqinsk şəhərində saxlanılıb. Bundan başqa, həmin ilin
sentyabrında Bakıda, oktyabrda isə Minskdə profilaktika tədbirlər
çərçivəsində polislər tərəfindən yoxlanılıb.
Modern.az