Yuxarı

Qardaşı arvadından qisas almaq üçün uşaqlarını baltaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qardaşı arvadından qisas almaq üçün uşaqlarını baltaladı

11:40

Cəlilabad rayonunda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Kənd sakini Əli Hüseynağa oğlu Nağıyev bir evdə yaşadıqları qardaşının iki övladına - 2012-ci il təvəllüdlü Hüseyn Musa oğlu Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevaya balta ilə xəsarətlər yetirib. H.Nağıyeva ölüb, Hüseyn Nağıyev isə ağır yaralıdır.

Hadisəni törətməkdə şübhəli bilinən Əli Nağıyev müxtəlif cinayətlərə görə 4 dəfə məhkumluq həyatı yaşayıb. O, bir müddət öncə cəza müddətini başa vuraraq evə qayıdıbmış.

Məlumata görə, həbsxanadan qayıdan Əli həyat yoldaşı Dəstəgül Nağıyevadan boşanıb və qardaşı ilə bir evdə yaşamağa başlayıb. Boşanan qadın isə Ə.Nağıyevin qonşuluğunda - atasının evində yaşayıb.

Ə.Nağıyev həyat yoldaşından boşanandan sonra insanlarla həddindən artıq əsəbi davranmağa başlayıb. O, həmçinin qardaşının həyat yoldaşı Xəyalə Nağıyevaya da Dəstəgül Nağıyeva ilə əlaqə saxlamağı qadağan edib. Amma X.Nağıyeva onun sözlərinə məhəl qoymadan D.Nağıyeva ilə əlaqə saxlayıb.

Xəyalənin bu hərəkətindən qəzəblənən Əli Nağıyev qardaşının arvadından qisas almaq qərarı verib. Elə bu məqsədlə də o, Xəyalənin iki övladına hücum edərək onları baltalayıb.

Məlumata görə, Ə.Nağıyev uşaqların anasını da qətlə yetirmək istəyib. Lakin qadın hadisə yerindən qaçıb.

Tarix
2026.02.02 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla