Yuxarı

Deputatdan maaş artımı ilə bağlı şad xəbər!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatdan maaş artımı ilə bağlı şad xəbər!

Dünən parlament Azərbaycanda minimum əmək haqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını birinci oxunuşda qəbul edib. Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, minimum əmək haqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Maraqlıdır, minimum əmək haqqına hər il baxılması zəruri olacaqmı və bu dəyişiklik nə qədər insanı əhatə edə bilər?

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov sözügedən məsələyə hər il baxılacağını bildirib.

O əlavə edib ki, dəyişikliklər qəbul olunduqdan sonra minimum əmək haqqında ildə azı bir dəfə artım müşahidə ediləcək:

"Bu, minimum əmək haqqında artımların dövrliyini təmin etmək baxımından vacibdir. Əksər inkişaf etmiş ölkələrdə minimum maaşla bağlı artımlarda dövrilik mövcuddur. Bu praktika Azərbaycan qanunvericiliyinə də tətbiq ediləcək. Qanuna dəyişiklik layihəsi təsdiqləndikdən sonra artımlarla bağlı müvafiq sərəncam və qərarlar veriləcək. Bu, minimum maaşla orta aylıq maaş arasındakı fərqin azalmasına səbəb olacaq. Minimum maaş alan vətəndaşların gəlirlərinin artmasına imkan yaradacaq. Həmçinin Vahid Tarif Cədvəli ilə maaş alan vətəndaşların əmək haqqına da təsir göstərəcək. Yeni dəyişikliklər 700 mindən çox şəxsin əmək haqqında artıma səbəb olacaq".

Tarix
2026.02.03 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Leyendən Bakı səfəri ilə bağlı - Video

İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar

Biz Avropa Birliyi ilə çox fəal dialoqun şahidiyik - Əliyev

Azərbaycanda ildə 4 dəfə, Gürcüstan və Ermənistanda isə...

Azərbaycanla problemləri güc yolu ilə həll etmək... - General

Sülhə nail olunub - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla