Yuxarı

4 milyonluq dələduzluq: Daha bir nəfər azadlığa buraxıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
4 milyonluq dələduzluq: Daha bir nəfər azadlığa buraxıldı

İş adamı Quvat Beybutovun 4 milyon manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərindən daha biri həbsdən azad edilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesində belə qərar qəbul olunub.

Təqsirləndirilən Seymur Məhərrəmovun ev dustaqlığına buraxılması ilə bağlı müdafiəçisi vəsatət verib.

Zərərçəkmiş Quvat Beybutov Seymur Məhərrəmovun dəymiş ziyandan ödədiyini bildirərək onun azad edilməsinə etiraz etməyib. Hakim Zaur Hacıyev vəsatəti təmin edib. Seymur Məhərrəmov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Qeyd edək ki, bundan əvvəl Ceyhun Əşrəfov və Cavid Hüseynli də azadlığa buraxılıb. İttihama görə, təqsirləndirilən şəxslər Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi və əvəzində çoxmərtəbəli binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazənin alınacağına inandırıblar. Məsələnin həll edilməsi üçün isə dəstə üzvləri Q.Beybutovdan hissə-hissə olmaqla ümumilikdə 4 milyon 19 min manat alıblar. İstintaq sənədlərinə görə, bu işin görülməsində əvvəllər Prezidentin Təhlükəsizlik Xidmətində işləmiş Seymur Məhərrəmovun vədləri olub. O, Prezident Administrasiyasında guya vəzifəli tanışlarının iştirakı ilə bu məsələni həll edəcəyini deyib.

Qeyd edək ki, dəstə üzvləri iş adamı Quvat Beybutovun 4 milyon manatdan çox pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunurlar.

İttihama görə, 2022-ci ilə kimi Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti olmuş Ceyhun Əşrəfov və tanışları - Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun birgə dələduzluq əməli barəsində Baş Prokurorluğa əsaslı materiallar daxil olub. Şikayətlə bağlı aparılan araşdırma nəticəsində məlum olub ki, Ceyhun Əşrəfov tanışları ilə birlikdə Quvat Beybutova yalan vəd verib. Onlar iş adamını Nəsimi rayonunda yerləşən 968-ci məhəllədəki fərdi yaşayış evlərinin sökülməsi və əvəzində çoxmərtəbəli binanın tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazənin alınacağına inandırıblar. Məsələnin həll edilməsi üçün isə dəstə üzvləri Q.Beybutovdan hissə-hissə olmaqla ümumilikdə 4 milyon 19 min manat alıblar. Lakin onlar verdikləri vədə əməl etməyiblər, nəticədə xüsusilə külli miqdarda dələduzluq cinayəti törətmiş olublar. Prokurorluq zərərçəkmişə vurulmuş ziyanın 1 milyon 442 min manatını ödətdirib. C.Əşrəfov 500 min manat ödəniş edib və onun barəsində məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. İstintaq dövründə digərləri - Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun barəsində isə həbs qətimkan tədbiri seçilib. Zərərçəkmiş iş adamı Quvat Beybutov bir neçə il əvvəl deputatlığa namizəd olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. Təqsirləndirilən şəxslərdən biri Seymur Məhərrəmov hərbi qulluqçudur. O, əvvəllər Prezidentin Təhlükəsizlik Xidmətində işləyib və hazırda təqaüdə olan hərbi qulluqçudur.

Tarix
2026.02.09 / 14:37
Müəllif
Axar.az
Digər xəbərlər

PA rəhbəri COP32 prezidenti ilə görüşdü

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

Prezident yeni baş konsul təyin etdi

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

Paşinyanla Annanın ayrılığında şok detallar

Efiopiyanın baş nazirinin şərəfinə rəsmi nahar verildi

Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla