Yuxarı

"Sea Breeze"də 500 min kv.m yer alan biznesmen kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sea Breeze"də 500 min kv.m yer alan biznesmen kimdir?

“Samolet” Qrupunun keçmiş baş direktoru Anton Yelistratov Emin Ağalarov tərəfindən Xəzər sahilində inşa edilən “Sea Breeze” kurortunun ortaq investoru ola bilər.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə E.Ağalarov Rusiyanın biznes saytlarına açıqlamasında deyib.

"Yelistratov və onun tərəfdaşları təxminən 500 min kvadratmetr əraziyə sahibdirlər", - deyə E.Ağalarov bildirib.

O, həmçinin əlavə edib ki, Yelistratovun şirkəti Özbəkistanda hazırda tikilməkdə olan “Sea Breeze” layihəsinə də maraq göstərib.

Rusiyalı top-menecer Anton Yelistratov daşınmaz əmlak sektorunda son illərin ən diqqətçəkən idarəçilərindən biri hesab olunur. O, 17 iyul 1981-ci ildə Moskvada anadan olub. Uzun müddət Rusiyanın aparıcı developer şirkətlərindən olan “Samolet” Qrupuna rəhbərlik edərək şirkətin bazar liderinə çevrilməsində əsas fiqurlardan biri kimi tanınıb.

Hazırda o, beynəlxalq bazarlara yönəlmiş yeni layihələrlə məşğuldur. Keçmiş həmkarı Yuri Fedçenko ilə birlikdə yaratdığı “Azurro Development” şirkəti Azərbaycan, Səudiyyə Ərəbistanı və Özbəkistan kimi inkişaf edən bazarlarda yaşayış layihələri planlaşdırır. Beləliklə, Anton Yelistratov müasir developer menecer modelinin nümunəsi kimi qiymətləndirilir: o, klassik tikinti biznesini texnologiya, maliyyə strategiyası və beynəlxalq genişlənmə ilə birləşdirərək həm regional, həm də qlobal bazarda mövqelərini gücləndirməyə çalışır.

Tarix
2026.02.13 / 20:20
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla