Yuxarı

Polkovnik əsgər ölümünə görə vəzifədən çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polkovnik əsgər ölümünə görə vəzifədən çıxarıldı

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi tibb xidməti polkovniki Elçin Abdullayev bir neçə gün öncə işdən çıxarılıb.

Bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Bəs uzun müddət “Papanin hospitalı” kimi tanınan tibbi müəssisəyə rəhbərlik etmiş rəis postundan niyə kənarlaşdırılıb?

Axar.az Modern.az-a istinadla xəbər verir ki, hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bunun səbəblərinə aydınlıq gətirib.

O deyib ki, polkovnik Elçin Abdullayevin vəzifədən azad edilməsi cəmi 10 günün əsgəri olmuş Coşğun Sadıqovun ölümü ilə bağlıdır.

Söhbət müəmmalı şəkildə həyatını itirən Masallı rayonunun Qızılagac kənd sakini Coşğun Zülfüqar oğlu Sadıqovdan gedir.

Ü.Cəfərov bildirib ki, istintaq hazırda Gəncədən Bakıdakı Mərkəzi Hərbi Hospitala gətirildikdən sonra həyatını itirən əsgərin intihar versiyasını araşdırır.

“Bir gəncin ölümündə günahı olan 10-larla vəzifəli şəxs hələlik məsuliyyətdən kənardadır. Hərbi Prokurorluq isə bu fakt üzrə vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 342 1-1 maddəsi ilə cinayət işini araşdırır”, - Ü.Cəfərov deyib

Onun sözlərinə görə, mərhum əsgərin anası Şahnaz Əbilova rəsmilərə müraciət ünvanlıyıb və tələb edir ki, oğlunun üzərindən guya intihar etməsi kimi ləkə götürülsün və bu cinayətdə əli olan şəxslər qanun qarşısında cavab versinlər.

“Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərkəzi Kliniki Hərbi Hospitalın rəisi tibb xidməti polkovniki Elçin Abdullayevi də məhz bu hadiəsəyə görə tutduğu vəzifədən azad edib”, - ekspert deyib.

Xatırladaq ki, C.Sadıqov vəfatından 10 gün əvvəl - 2026-cı il yanvarın 26-da hərbi xidmətə getmişdi. Haqqında yayılan məlumatlara görə, o, vərəm xəstəsi imiş.

Tarix
2026.02.21 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

İranlı nazir Azərbaycana gəlir - Səfərin təfərrüatı

Sərnişin və yük daşımalarına icazə alınması ilə bağlı yenilik

Ağ Ev Əliyevlə Paşinyanın bu fotosunu paylaşdı

Məlahət Gözəlova rəis müavini təyin olundu

Səfirlikdən bəyanat: Prezidentin korteji otelə yaxınlaşarkən...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla