Yuxarı

FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edildi - Foto

21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifəsini yerinə yetirərkən hərəkətdə olan avtomobilin vurması nəticəsində həlak olan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin böyük yanğınsöndürəni daxili xidmət baş çavuşu Hakim Şahlar oğlu Piriyev Salyan rayonunun Şorkənd kəndində dəfn olunub.

FHN-dən Axar.az-a verilən məlumata görə, dəfn mərasimində Fövqəladə Hallar Nazirliyinin rəhbər vəzifəli şəxsləri, mərhumun xidmət yoldaşları, ailə üzvləri və yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edilib ki, fövqəladə hallar orqanlarında 19 ilə yaxın iş təcrübəsi olan Hakim Piriyev xidmət göstərdiyi müddətdə işgüzar, məsuliyyətli və vətənpərvər əməkdaş kimi kollektivin hörmətini qazanıb. O, iştirak etdiyi çoxsaylı yanğınsöndürmə əməliyyatlarında cəsur və peşəkar yanğınsödürən kimi vəzifə borcunu layiqincə yerinə yetirib.

Tarix
2026.02.21 / 15:18
Müəllif
Axar.az
Digər xəbərlər

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla