Yuxarı

Əlillərə qulluq edənlər üçün maarifləndirmə tədbirləri...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əlillərə qulluq edənlər üçün maarifləndirmə tədbirləri...

Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əlilliyi olan və onlara qulluq edən şəxslərin fövqəladə hadisələrin qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində hüquqlarının təmin olunmasına dair imzalanmış Birgə Fəaliyyət Planına uyğun olaraq silsilə maarifləndirmə tədbirləri təşkil olunub.

Axar.az xəbər verir ki, FHN-in Bakı Regional Mərkəzi tərəfindən Suraxanı rayonunda yerləşən 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər 4 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində və Aran Regional Mərkəzi tərəfindən Yevlax Reabilitasiya Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin əsas məqsədi əlilliyi olan şəxslərə qulluq edənlərdə təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı düzgün davranış vərdişlərinin formalaşdırılması və onların hazırlıq səviyyəsinin yüksəldilməsi olub.

Tədbirlər zamanı fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub.

Mövzular ətrafında geniş müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tarix
2026.02.21 / 11:47
Müəllif
Axar.az
Digər xəbərlər

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla