Yuxarı

Oğurluqla özünə nişan etdi, tutuldu – Bakıda/Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğurluqla özünə nişan etdi, tutuldu – Bakıda/Foto

Bakı sakini Vüsal Xankişiyev nişanından bir gün sonra Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Axar.az Region TV-yə istinadən xəbər verir ki, səbəb onun yaxın tanışının evindən qızıl zinət əşyalarını oğurlaması olub.

Nəticədə məlum olub ki, sözügedən şəxs oğurladığı qızılları lombarda qoyaraq, pul götürüb və elə nişan məclisini də həmin pulla Nərimanov rayonundakı retoranlardan birində düzənləyib. Amma Vüsalın xoşbəxtçiliyi cəmi bir gün çəkib.

Saxlanılan Vüsal Xankişiyev əməlindən olduqca peşman olduğunu bildirib:

"Pulum yox idi. İstəmirdim qızı başqasına versinlər. Tutduğum əməldən də çox peşmanam. Hədsiz dərəcədə peşmanam. Evdəkilərin hamısından üzür istəyirəm. Bağışlasınlar. Əsas da Mahirə".

Qeyd edək ki, Vüsal Xankişiyev əvvəllər oğurluq maddəsi 6 il məhkumluq həyatı yaşayıb. Ötən il azadlığa çıxan şəxsin digər cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.

Tarix
2016.08.27 / 12:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla