Yuxarı

İrana hücum: təyyarələr Bakıya qayıtdı - AZAL

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrana hücum: təyyarələr Bakıya qayıtdı - AZAL

Azərbaycan Hava Yolları aviaşirkətinin J2-011 nömrəli Bakı-Dubay və J2-1091 nömrəli Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.

Bu barədə Axar.az-a Azərbaycan Hava Yolları QSC-dən (AZAL) bildirilib.

Vurğulanıb ki, Bakı-Dubay reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna 10:47-də uğurla eniş edib. Ciddə reysinin Bakı hava limanına yaxın zamanda enişi gözlənilir.

AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə məlumat əldə etmək üçün sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

Tarix
2026.02.28 / 11:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla