Yuxarı

Xətai İH Ramazan ayı münasibətilə iftar məclisi təşkil etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətai İH Ramazan ayı münasibətilə iftar məclisi təşkil etdi

27 fevral 2026-cı il tarixində Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Hicaz” mərasim evində müqəddəs Ramazan ayı münasibətilə iftar məclisi təşkil edilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Axar.az xəbər verir ki, məclis Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb, dualar oxunub, Vətənimizin tərəqqisi, xalqımızın rifahı və ölkəmizin sabitliyi üçün diləklər səsləndirilib. Çıxış edənlər ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna rəhmət diləyiblər.

Bildirilib ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi xətt bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi layihələr ölkəmizdə sosial həmrəyliyin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına və dini-mədəni irsin yaşadılmasına mühüm töhfələr verir. Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinin beynəlxalq miqyasda yüksək qiymətləndirildiyi xüsusi vurğulanıb.

İftar süfrəsi arxasında Ramazan ayının mənəvi əhəmiyyəti, insanları xeyirxahlığa, mərhəmətə və paylaşmağa səsləyən dəyərləri barədə söhbətlər aparılıb. Sonda ölkəmizə davamlı sülh, əmin-amanlıq və firavan gələcək arzulanıb.

Tarix
2026.02.28 / 15:38
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakının atdığı siyasi addımlar... - Deputat

İran vətəndaşları qanunsuz Türkiyəyə keçib?

Azərbaycan vasitəsilə ölkəni tərk edin - Rusiya

Səfirlik Azərbaycandakı İran vətəndaşlarına müraciət etdi

Bu, gələcək nəsillərə ünvanlanan tarixi mesajdır - Deputat

İsrail İranı, İran qonşularını, Pakistan isə... - Nələr olur?

ABŞ-ın İrana qarşı keçirdiyi əməliyyatın adı... - Foto

Efiopiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Rəsmi Bakıdan xəbərdarlıq: Bu ölkəyə getməyin!

İranda olan Azərbaycan vətəndaşlarına çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla