Yuxarı

Yol polisindən sürücülərə xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisindən sürücülərə xəbərdarlıq

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin qeyri-iş günləri ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən Axar.az-a verilən məlumata görə, müraciətdə bayram və həftəsonu ilə əlaqədar ardıcıllıq təşkil edən qeyri-iş günlərində respublika əhəmiyyətli, həmçinin turizm və istirahət bölgələrinə aparan avtomobil yollarında hərəkət intensivliyinin artacağının gözlənildiyi bildirilib.

Bu səbəbdən yollarda yarana biləcək təhlükələrin qarşısının alınması məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırır.

Sürücülərdən xahiş olunur ki:

- hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər,

- səhhətində problem olduğu halda, eləcə də yorğun, yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər,

- təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər,

- yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etsinlər.

"Səfərə çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirsinlər. Unutmayaq ki, təhlükəsiz səfər hər birimizin məsuliyyətli davranışından asılıdır.

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə səfərləri zamanı ehtiyatlı olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edir", - məlumatda bildirilib.

Tarix
2026.03.07 / 10:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bu ölkədə "ASAN xidmət" modelinin tətbiqinə dəstək veriləcək

Erməni separatçılarının Bakıda məhkəməsi keçirildi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə təhvil verdi

Baş nazir bu əsasnaməni təsdiq etdi

Əli Əsədov iclas keçirdi

Ermənistana propan və gübrə göndərildi

İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla