Yuxarı

Prezident tapşırığı: İrana humanitar yardım... - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident tapşırığı: İrana humanitar yardım... -

09:22

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb.

Axar.az xəbər verir ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İran İslam Respublikasına yola salınan humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

***

Ölkə Prezidentinin tapşırığına əsasən İrana göndərilən humanitar yardım yüklü üç avtomobil Astara dövlət sərhədindən buraxılış məntəqəsinə çatıb.

Humanitar yüklərin ümumi çəkisi 30 tona yaxındır.

Yardımın tərkibinə əsasən içməli su, düyü, un, şəkər tozu, eləcə də iki tona yaxın tibbi ləvazimat və dərman vasitələri daxildir.

Hazırda humanitar yardım yüklənmiş üç avtomobil Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İran istiqamətinə yola salınıb.

***

Azərbaycandan İrana göndərilən humanitar yardım "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən keçib.

Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Hazırda humanitar yardım yüklənmiş avtomobillər "Astara" dövlət sərhədindən buraxılış məntəqəsindən yola salınır.

Tarix
2026.03.10 / 13:26
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla