Yuxarı

“Azərişıq” Ağcabədinin kəndlərinin elektrik şəbəkəsini yeniləyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərişıq” Ağcabədinin kəndlərinin elektrik şəbəkəsini yeniləyir

“Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi Ağcabədinin də elektrik təsərrüfatını yenidən qurur. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən yenidənqurma işləri rayonun bir sıra kəndləri ilə yanaşı şəhər ərazisində də davam etdirilir.

Axar.az xəbər verir ki, Yeni Qaradolaq və Minəxorlu kəndlərində 0.4 və 10 kV-luq metal dayaqlar əkilib, açıq naqillər Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN) əvəz olunub. Kəndlərdə ümumilikdə müxtəlif gücdə 13 yeni Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Həmçinin yaşayış evləri smart və SMS tipli sayğaclarla təchiz olunur.

Hindarx və Qaravəllidə də 0.4 və 10 kV-luq elektrik şəbəkəsi yenilənir. Hindarxda 5 KTM quraşdırılıb. Qaravəllidə isə köhnə TM əvəzinə 1000 kVA gücündə yeni güc mərkəzi yaradılıb.

Şəhər ərazisində 10 kV-luq “Şəhər-1”, “Çörək Zavod” və “Qaz İdarəsi” hava xətləri üzrə metal dayaqlar əkilir, izolyasiyalı naqillər çəkilir. Həmçinin sayğaclar həyətyanı ərazilərdən kənarlaşdırılaraq yenilənir.

“Azərişıq” ASC ölkənin bütün regionlarında, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, əsaslı təmir-bərpa işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hesablanıb.

Tarix
2026.03.11 / 13:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla