Yuxarı

Lənkəranski türk klanı yaradıbmış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranski türk klanı yaradıbmış

Türkiyənin Antalya şəhərində keçmiş SSRİ respublikalarından olan qanuni oğruların iştirakı ilə baş tutan "sxodka"nın yeni təfərrüatları bəlli olub. Kriminal "sxodka"da əsasən, Rövşən Lənkəranskiyə yaxın olan gürcü avtoritetlər iştirak ediblər.

Kriminal yığıncaq Lənkəranskinin yaxın dostu Merab Canqveladzenin ("Merab Suxumski") rəhbərliyi altında keçirilib. Buna qədər yayılan xəbərlərdə deyilirdi ki, tanınmış oğrular Merab Baxiya, "Roin Uqlava, İrakli Kaliçava, Koba Axvlediani, Zurab Dqebuadzenin iştirak ilə baş tutan "sxodka"da Rövşən Lənkəranskinin qətlinin təşkilatçı və icraçılarına ölüm hökmü çıxarılıb.

Musavat.com xəbər verir ki, həmin "sxodka"da qeyri-millətlərdən olan avtoritetlərin Rusiyadan sıxışdırlıb çıxarılması da müzakirə mövzusu olub. Slavyan mənşəli avtoritetlərə qarşı yeni cəbhənin açılması da qərarlaşdırılıb. Rusiyanın "rosbalt.ru" saytı yazır ki, "sxodka"da gözlənilməz olan bu mövzu müzakirə edilərkən slavyan mənşəli "qanuni oğru"lar - "Petrik" ləqəbli Aleksey Petrov, "Şişkan" ləqəbli Oleq Şişkanov, "Tyurik" ləqəbli Vladimir Tyurin hədəf seçiliblər.

Bu il avqustun 18-də öldürülən Rövşən Lənkəranskinin mənsub olduğu klanı "türk" klanı adlandıran sayt yazır ki, Merab Suxumski və ətrafı "sxodka"da slavyan qanuni oğruların Rusiya kriminal aləmini ələ keçirdiyini bildirib. Ətrafını slavyanları bu aləmdən "təmizləməyə" çağırıb. "Sxodka"da slavyan qanuni oğruların hazırda Yunanıstanda olan "kriminal general" Laşa Rustavskiyə dəstək verdikləri qeyd edilib. Laşa Şuşanaşvilinin Rövşən Lənkəranskinin qətlində adı keçən, hazırda həbsdə olan yezdi-kürdü Şakro Molodoyun əvəzinə onun təmsil etdiyi kriminal qruplaşmaya namizəd olması da qeyd edilib. Bu "sxodka"dan sonra Rusiyada yerli kriminal qruplaşmalarla gəlmələr arasında qanlı "razborka"ların olacağı şübhəsizdir.

Bu arada Rövşən Lənkəranskinin qətlində şübhəli bilinən şəxslə birlikdə axtarışda olması üzə çıxıb. Bu günə qədər Rövşən Lənkəranskinin qətli ilə bağlı ümumilikdə 4 nəfər saxlanılıb. "Report" Türkiyə KİV-inə istindən xəbər verir ki, Rövşən Lənkəranski güllələnən zaman onun yanında olmuş şəxsin vəziyyəti ağır olaraq qalır. Məlumata görə, həmin şəxsin bədənindən 4 güllə çıxarılıb. Hadisə ilə bağlı Tahir C., Hacıbaba.T., Zaur İ. və Vahid M. şübhəli qismində saxlanılıb.

Məlumata görə, polis tərəfindən aparılan istintaq işi tamamlandıqdan sonra şübhəlilər məhkəməyə göndərilib. İstintaq zamanı bu cinayətin çoxyönlülüyü məlum olub. Rusiyada işlətdiyi cinayətlərlə bağlı Hacıbaba T.-nın axtarıldığı da bildirilir.

Polisin məlumatına görə, 2013-cü ildə Başakşehirdə öldürülən Ali Baba Qametovun qətli ilə bağlı Rövşən Lənkəranski və Hacıbaba T. İstanbul polisi tərəfindən axtarılırmış.

Qeyd edək ki, avqustun 18-də Rövşən Lənkəranski İstanbulda Yıldız məhəlləsində aldığı çoxsaylı güllə yaraları nəticəsində xəstəxanada vəfat edib.

Tarix
2016.09.03 / 09:24
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla