Yuxarı

Abşeron icra başçısı su basan ərazilərə yollandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abşeron icra başçısı su basan ərazilərə yollandı - Foto

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya PHŞ-nin İdarə Heyətinin sədri Zakir Quliyev, aidiyyatı qurum rəhbərləri intensiv yağış səbəbindən problem yaranmış ərazilərə baxış keçirib, yağışın fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərlə tanış olub.

Axar.az xəbər verir ki, RİH başçısı fəaliyyətində qısamüddətli nasazlıqlar yaranmış 26 saylı mərkəzləşdirilmiş nasosxanada aparılan bərpa işləri ilə maraqlanıb.

Bildirilib ki, baş vermiş qəza aradan qaldırılıb və hazırda sözügedən nasosxana gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Abdin Fərzəliyev o cümlədən Xırdalan şəhərində və Məmmədli kəndində bir neçə ünvanda su kütləsinin yığıldığı ərazilərə baş çəkib, sakinlərlə görüşərək onların problemləri ilə maraqlanıb.

Fəsadlarını daha tez zaman çərçivəsində aradan qaldırılması istiqmətində əlavə nasosların cəlb olunması və digər lazimi tədbirlərin təxirə salınmadan görülməsi istiqamətində göstərişlər verib.

Qeyd edək ki, hazırda rayonun subasmış ərazilərində yağışın fəsadlarının aradan qaldırılması istiqamətində Abşeron RİH, yerli bələdiyyələr , FHN-in və Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumları birgə fəaliyyət göstərməkdədir.

Tarix
2026.04.05 / 15:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla